..E-posta: Şifre:
İzEdebiyat'a Üye Ol
Sıkça Sorulanlar
Şifrenizi mi unuttunuz?..
Sanat doğaya eklenmiş insandır. -Bacon
şiir
öykü
roman
deneme
eleştiri
inceleme
bilimsel
yazarlar
Anasayfa
Son Eklenenler
Forumlar
Üyelik
Yazar Katılımı
Yazar Kütüphaneleri



Şu Anda Ne Yazıyorsunuz?
İnternet ve Yazarlık
Yazarlık Kaynakları
Yazma Süreci
İlk Roman
Kitap Yayınlatmak
Yeni Bir Dünya Düşlemek
Niçin Yazıyorum?
Yazarlar Hakkında Her Şey
Ben Bir Yazarım!
Şu An Ne Okuyorsunuz?
Tüm başlıklar  


 


 

 




Arama Motoru

İzEdebiyat > Öykü > Anı > Meqsed NUR




7 Şubat 2004
Vasiliy Daniloviçin Orkestri  
Meqsed NUR
hekaye


:BACJ:

Özgelerinin de yanında arvadı ona "caaanımmm" deyir; herden bu söz bezikdirir, eti ürpenir, istemir kimse duysun. Söz yox, bilir, bircandılar, amma arvadına gerekse, tekrardan tıncıxsa da bilinmelidi: bir de deyilmeli, yüz de, min de eşidilmelidi ki, arvadının canıdı. Arvadı onun canıdımı, bilinmir. Mehemmed arvadının canıdı, qoy bunu hamı bilsin, yeter. O bunu her gün eşidir: işe geder, işden geler, çörey almağa çıxar, bir çay ister, ferqi yoxdu, evine girende de, evinnen çıxanda da sevgili arvadının dilinden "caaanımmm" dediyini eşider. Qıraqdan baxan deyer, bu "caaanımmm" söz deyil, can yanğısı, iç yanğısıdı, o andaca sevgiden tıncıxıb dura bilecek üreyin çırpıntısıdı. Her defe de beledi; boğazdan yuxarı deyil, daha yanımcıldı, derindi...
Boyca bapbalaca, yaşca çox cavandı arvadı. Soyuğ havalarda büzüşüb yorğana girir ve az qala yorğan altda mütekke boyda xırım-xırda bir şey olur. Mehemmed işe gedende paltosunu tutmağa qaçır: geydimi, tezce erinin qoltuğuna dürtülür, paltonun içindece düymeleri bağlayıb altdan sürüşüb çıxır, sonra da boynuna sarılıb titredir. Mehemmed Camalbeyov arvadını çox sevse de, istirahet günleri onun yanında qala bilmir. İşe baş vurmasa kemhövsele olur, boş şeylere göre donquldanır. Soyuq günlerde de bele olanda arvadı qeherlenib yatağına qaçır, üzünü yastığa bükür; ya da sızıldayıb bir qurama qurur ki, Mehemmed paltosunu soyunub onun yanına dönsün, o da sevincinden uşaq teki yatağın içinde atılıb-düşsün, sonra da Mehemmedi bağrına basıb öpüşlerine qerq elesin...
Bele günlerde de Mehemmed Camalbeyov arvadını gözüyaşlı qoyur ve işe gedir...
Hanı o vaxtlar ki, Mehemmed Camalbeyov nişanlısının görüşüne çatmaqçün hasarlar aşır, sevincden ayaqqablarını çıxarmadan çarpayısına atlanıb xeyalında göylere uçur, düz seherecen metronun qenşerindeki küçe telefonundan sallanıb qızın da yuxularını göye çekdirirdi. Qayalıq meşelerde biten dağ nergizini tapmaqçün dağ kendlerinden gelenlere dil çıxarıb yalvarır, borca girib sevgilisine az qala qucaq boyda bir bağlama getirirdi. Qız bunu birce defe demişdi, ele-bele, sözgelişi demişdi ki, qerenfildense adi çiçekleri, ya da meselen, dağ nergizini seçerdi. Mehemmed de seheri kendden çiçek getiren oğlanlardan özüne dostlar tutdu. Şeher gülçüleriynen de arası sazıydı; dibçek gülleri barede reseptler yığırdı. Ev alan kimi pencerelerin ağzını gül qablarıynan doldurdu ve sonra nece oldusa da güller solub getdi, qabları hele de pencerelerin ağzında küllüye dönmeyindedi. Heç arvadı da baxmır: bir az erincekliyi var, hem de meylini yeşik cücelerine salıb, ta güller yaddan çıxıb. İki cüt kend cücesini menzilin isti yerinde - Mehemmedin akvariumu ve bilgisayarı olan otaqda yerleşdiribler. Arvadı Mehemmedden cücelerçün de akvarium kimi şeffaf yeşik tapmağı isteyir. Bir az çetin iş oldu bu. Ta Mehemmedin hevesi de tükenib... Keçen il 8 martda Mehemmed hardansa qan benövşe tapıb getirmişdi, qadın sevincinden bütün günü Mehemmedin başına fırlanır, gah kefi gelince gülür, gah da saatlarca otaqları, metbexi dolanıb qeherlenirdi. Belece, her defe Mehemmedden bir sürpriz görende keçmişleri ve onun dağ nergizlerini xatırlayır... danışır, danışır... "- İndi esl dağnergizi ne gezir... - Mehemmed son zamanlar bu qenaete gelirdi, - satdığa qoyulan nergizler parniklerden üzülür; etri de bir şey deyil".
Arvadına qalsa, lap cır alça budağı olsun, teki bayırdan gelsin; suya qoyacaq, ezizleyecek ve çiçek solduqca da gizlice ağlayacaq... Amma dibçek güllerine gözünün ucuynan da baxmayacaq. Ona göre de Mehemmed evde ettöken merasimlerden bacardıqca qaçırdı; ancaq sevgisi içinde ve hardasa elçatmaz derinliklerde qalır, herden ona ele gelir ki, arvadı şeffaf yeşikde dümelenen tenha inqebator cücesidi...

* * *
... Keçen ilki kimi, martın yeddisinde arvadıyçün dağnergizi almaq behanesiynen evden çıxıb işe baş vurdu; orda da ilişdi, yoxsa telefon açdırmaq dalıyca qaçmayacaqdı. "ATS"de bir tanışı var, telefon xettine xeter deyende, ya abuneni ödeye bilmeyende qapadırdılarsa, iş dalınca onu gönderirdiler. Teki iş olsun, birce hamı bilsin ki, Mehemmed iş yarıdandı... Gece şehere sulu qar tökmüşdü. Seheri yağmur sengise de xezri yel vurub yengeler oynadırdı. - Bu qiyametde ne dağnergizi, otur evinde, caaanımmm, - arvadı onu saxladı, az qala yalvarırdı. Mehemmed evden çıxdı, behanesi üzülse de içinde arvadının halına acıdı ve sabahkı bayrama bir sürpriz hazırlamaq fikriynen qapını arvadının üzüne bağladı. Bele şeylerde isteyini zorlamaqdan bezmişdi; ad gününde, bayramlarda kimise yaddan çıxarmamaqdan, arvadına şirin sözler demekden ve başqa bunabenzer, yanötülmez gereklerden yorulurdu... O isteyirdi, özü, öz isteyiynen gül alsın, gözlenilmez sürprizler elesin; birce neyinse xatirine söylenilen sözler-filan olmasın... ustufca, sakit, qoy arvadı ağlasın: o balkona çıxıb qımışacaq, qoy musiqi onun içini titretsin, o kimsesiz bir yer tapıb zümzüme edecek...

* * *
Hemin gün ATS-deki tanışı da növbede olmadı; bir cavan qızıydı, sabahkı 8 mart üçün ona ağ qerenfiller getirmişdi. Bizde yanvar qırğınına qeder çoxu ağ qerenfile ayrılıq remzi kimi baxırdı. Hemin il şeherin küçeleri, yolları meydanlar ve qebirxanalar qerenfilin qırmızısıynan boğuldu. Qırmızı qerenfiller hamının gözünden düşdü. Bazarı sengidiyinden gülçüler qırmızını az ekirdiler. Mehemmed de ta qan qaraltmasın deye qerenfilin ağını aldı. Çıxanda gülleri pencerenin sürahısına qoyacaqdı; işi de düzelmedi... Girecekde qos-qoca bir kişi qapını kesdirib yarı rus, yarı yerlice gözetçiye dil çıxarırdı:
- ... Sene qurban olum cenab, sabah Onu tebrik edecekler, O xestedi... Mene mütleq telefon gerekdi, açın bizim nömreni! Birce hefteye, söz verirem, pul taparam... olmasa, birce sabah açın, yene qapadarsız...
Qocanın telefonunu açdırmaqçün bu gözetçinin elinden bir iş gelmezdi; işinde teze ve deyingen olduğu göz qabağındaydı. Helebir qocanın üstüne kekelendi, az qala onu qovub bayıra atacağdı; yaxasından yapışmaq istedi, sifetine baxıb tez de qırağa donquldandı ve baxışlarıynan Mehemmedden de bir destek umdu. Mehemmed gözetçiye üz vermedi: gözetçi tutaşmaqdan aralanan uşaq kimi şalvarını dartıb kemerini, üst-başını sehmanladı...

* * *
Qocanın gözleri yaşardı ve dönüb çıxdı. Mehemmed ona çatıb yan cibine ustufca pul dürtmek istedi. Qoca heç üzüne baxmadan ve yerimeyinde - Mehemmedi bileyinden sıxıb saxladı. Beş addım onu dalınca çekdi ve dayandı.
- Pulunuzu neynirem, - dedi, - sedeqe vermekdense, sevgili qadınınıza, ananıza yetin...
Qocanın sözü qırıxlandı ve mavi gözlerinin yaşını baş barmağının üstüne alıb:
- ...onların ayağına düşün, elinden öpün, birce kelme şirin söz deyin, ovundurun, baxışlarınıza, sözlerinize qerq edin... Yalnız o, sizin yalançı, ya da semimi olduğunuzu anlaya biler... - dedi.

* * *
Qocaynan tramvay yolunun ağına düşmüşdüler, onsuz da bir terefe çıxıb metroya-filana girmeliydiler, sazaq Mehemmedin burnunu göynedirdi. Qoca birden dayandı, cibinden ütülü desmal çıxarıb burnunu sildi. Paltosu nimdaşıydı, ancaq yaxından baxanda üst-başının seliqesi sezilirdi. Çekmeleri yana eyilmişdi, şalvarının balağı qattalanıb içeriden tikilse de sapın çöle çıxan yerleri bozarırdı. Köp-köhne şotland şerfinin tükleri buruxlanıb dururdu. Altdan qalstuksuz, boğazı düymeli bamazı köyneyi görünürdü; Mehemmede ele gelirdi ki, onun ağzından çaxır, ya pive iyi gelmeli, boynunda da qalstuk olmalıydı. Çaxır iyi-zad da gelmirdi ki, deyesen soyuğu vecine almır. Bir az Mehemmedi süzdü ve qabağa düşüb taytağ vurmağa benzer yerişle yolunu getdi.
- Telefon işlemirdi,- dedi, - Marqarita Yevgeniyevnanı aldatmalı oldum... Men onu heç vaxt aldatmamışam, inanırsız? Özüm desteyi qaldırdım... gördüm kesibler, yoxsa bayramqabağı qızlar telefonu dağıdırdılar. Tebrik tebrik dalınca... Oyatmadım ki, qaçıb telefonu açdırım, heç olmasa axşam qızlar başıyalovlu doluşmasınlar bize. Pozurlar onun rahatlığını. Hem de nergiz alacağdım ona...
- Nergiz?
- Senin qerenfillerin Marqarita Yevgeniyevnanın kefini açmaz...
Qoca gözaltı Mehemmedin elinde qalıb-sallanan ağ qerenfilleri süzdü. Dayandı, eyilib ustufca gülleri sığalladı. Başını qaldırdı. Tükleri pırpızlanmış papağ altından necim baxış Mehemmede tuşlanmışdı.
- Vasiliy Daniloviç... Cenabımın adı neceydi? - soruşdu.
Mehemmed adını dedi, eslinde qocanın davranışından ve ifadeden özünü itirmişdi; güllerden danışdı:
- Belke Marqarita Yevgeniyevnanın xoşuna geldi, bele sazanaqda gül alverçileri çetin nergiz getirsinler... Deyerem bir cenab bunu size gönderdi, Marqarita... herçend özünüz de menimle gede bilersiz, könlü şad olardı.
Mehemmed tutulmuşdu ve Vasiliy Daniloviçi külekli, kimsesiz, hem de uzaq keçmişin faytonlu küçelerinde bir qrafinyanın sedaqetli nökeri yerinde görürdü:
- Marqarita Yevgeniyevna...
- Menim arvadımdı, o dünyadan çağırırlar onu, ölüm ayağındadı. Yalvarmışdım Tanrıma, onun ölümünü mene göstermesin. Görünür, günahım varmış... Mennen altı yaş kiçikdi, onun yaşıdları ber-bezeklerinnen qalmırlar. Onları deyirdim bayaq, qartımış qızlar! Mehemmed, bir de gördün telefon açılmasa, yığışıb şıdırğı vura geldiler ki, iş bilmişik, Marqarita, qem yeme-filan, deyirler... tebrik edirler... Herçend bu ona yaşamaqçün güc vererse, pis olmazdı, Mehemmed... Amma Marqarita bu yaz da menim nergiz gülümü görmese, ölmemelidi: haqqı yoxdu buna.
Qocanın rengi açılmışdı, heç bayaqkı deyildi ve Mehemmedin adını tez-tez, sözlerin arasında ele işledirdi ki, deyerdin onu illerdi tanıyır ve indice tapdığı adama erk elediyinden hedsiz sevinir. Arada susdular; eşidilen Daniliçin şporlu çekmelerinin sesi ve sazanağın vıyıltısıydı.

* * *
Metroya çatdılar. Mehemmed yerin altından püsküren isti havaya teref yeyinledi. Vasiliy Daniloviçle vidalaşmaq ve dağnergizi axtarışından vaz keçib eve qaçmaq, arvadının yanına dürtülüb qızınmaq, bu ehvalatı teferrüatıyla, arvadının üreyini çeke-çeke astaca onunla bölüşmek qalırdı. Bu danışdıqca o, sessizce ağlayacaqdı, başını terpedib dinmezce, gözleriynen qocanın derdine acıyacaqdı ve tezeden Mehemmede vurğun teki onun doğrudan sevgili er olduğunu deyecek, ev qurmaqçün çekdikleri qara günleri bir daha vereqleyecek, yene Mehemmedin soldat şineli parçasından tikilen astarı cırıq paltosunu xatırlayacaq ve Tanrısının bu gününe şükranlar söyleyecekdi... sonra da yeşikdeki cüceler kimi ustufca erinin bir küncüne girecekdi...
Mehemmed istiye - metro qapılarının yanına düşdü, qoca da dalınca gelir ve lengiyirdi: deyesen, yolu metroya deyildi, ayaqlarını sürüyürdü. Qapıların ağzında nezakete önem verib geri döndü; qoca gülümsünürdü, onu qabaqladı:
- Sizinle tanışlığıma çox şad oldum, - dedi.
- Çoox-çoxdan bu şeherde kimsenin bir özgesine canyananlıq göstermeyini görmemişdim. Nostalge, menim ağam, nostalji... qoca azarıdı...
O, birinci "nostalge"sini ele ağayana dedi ki, Mehemmed ürpendi: qarşısındakı qocanı keçmişden, ya da hardansa uzaq ve rahat bir ölkeden gelen ruhların adamına oxşatdı.
- Saatınız neçedi? - qoca Mehemmedin saatına işareyle soruşdu.
- Elektrondu, daşı qurtarıb, özüm qolumda gezdirirem ki, deyişmek yadıma düşsün.
- Zehlem gedir, o yapon hoqqalarınnan. Amma indi özleri de eqrebli saatlara keçirler, dayanmadan... Ağıllıdı onlar...
Vasiliy Daniloviç bir ilişcek axtarırdı, yaponlar behaneydi. Mehemmedin qabaqkı vaxtları olsaydı, söhbetden keçmezdi, çene vurardı: bu da ola texnika. İndi yorulub, hem de qorxur adamlardan - daha çox işine baş qoşur. Zehlesi gedir çox danışanlardan, üstüne müdam şikayet yağdıranlardan. Yapon hoqqalarını da tesadüfi saymır; azca dayansaydı kişiynen mübahiseye girecekdi; yene yapon möcüzelerinin insanlığa gereyinden danışacaqdı... ittiham edecekdi qocanı da, özgesinin uğuruna sevine bilmeyenleri de...
Mehemmed özü bilgisayarçıydı; şeherde her özünnen deyen bilgisayarçı onun qabağına çıxammazdı. Özü özünü kölgeye salmışdı; xırda metbeelerden birinde dizayneriydi, burdaca zirzemide pullu kurslar qurub ders verirdi. Teze bilgisayarçılar nesliynen ünsiyyete gire bilmirdi, qorunurdu onlardan. Yoxsa, beleleri vardı: diribaş proqram oğruları - şehere axışan xarici şirketlerden proqramlar oğurlayır, yerlilere satır, bir-iki kelme ingilisce qırıldatmağı bacaran kimi tanışlarını işe düzeldir, ecnebilerin arasından müşteri tutmaqla meşğul olurdular. Belece de şeherde xırda bilgisayar desteleri yaranırdı. Mehemmed onların heç birine yaxın düşmürdü, deyirdi uzaq olsalar yaxşıdı, onlar bilgisayara canlı kimi baxmırlar ve getdikce özleri de cansızlaşırlar...

* * *

- Belke heyvanxananın etrafındakı yaşıllığa teref düşüm, belke bir gülden, tumurcuqlu budaqçadan-filandan tapa bildim.
Vasiliy Daniloviç elleri cibinde başını yelledirdi ve buna uyğun da sözlerini sürümeyindeydi. Axır üreyinin sözünü gizletmedi:
- Men size saatlar göstererem, cenab, hayıl-mayıl qalarsız. Bu yapon saatları düşkünlük, unutqanlıq, ne bilim... duyğusuzluq getirir... qoca ustaya inanın, Mehemmed. Gedek menimle, Marqarita Yevgeniyevnanın üreyi açılar, lütfükarlığınıza göre borclu qalmaram...
- Allah elemesin. Menim getmeyim neyi deyişer ki...

* * *
Metroda qızınmışdılar. Teze bir hevesle bağa üz qoydular. Mehemmed budaq tapsaydı, arvadının da könlünü açardı, qoca onu silkelemişdi...
Ümidi puça çıxdı, amma deyirdin Vasiliy Daniloviç bu bağı günde yüz kere gezib-dolaşıb ve etrafda gözegelimli bir şeyin olmayacağına da yüz kere emindi. Tumurcuqlu budaq gezintisinde olanda qoca özü barede söhbetlere güc vermişdi; Parapet yanında 35 il saatsaz işlediyinden, Rusiyanın saat zavodlarıyla elaqelerinden ve hetta indilikde o zavodlardan birinin ticaret nümayendesi olmağından, entiq saat yığıcılığından danışdı. Kişi müşterilerine "cenab", qadınlara ise "madam" demeyi müşteri yığmaqdan öteriymiş. Axırda bezib - yerlilerin çoxu saat almağa yox, onu dindirmeye gelirlermiş. Parapet uşaqları az qala başında corab höre, danışığını, öten esrden qalan şlyapasını lağa qoyurlarmış.
- Rusiya saatlarını tek avropalılar götürür, eksponatçün, heç komandir saatlarına da yaxın düşen yoxdu, - deye Vasiliy Daniloviç Mehemmedi axırda ağaclara da baxmaqdan çekindire bildi, - yoxsa, dükanlar yapon saatlarıynan doludu, hem de ucuz...
Parkın o biri qurtaracağında qoyulmuş, indi sökülüb ortasından armatur pırtlayan büstün yanına çatdılar; burdan o yana yene tramvay yoluydu, vessalam... Mehemmedin qanı qaralmışdı; üşüntüleri tramvayın şaqqıltısını eşidende sümüyüne işledi ve düşündü ki, tövbelerine baxmayaraq özünü yene ağılsız işlere qoşur, boş bir şeyçün bedenini o qeder yorur ki, düşünmeye haleti qalmır. Dayanacağa düşdüler, bu yerden tramvayla metroya çatmaq olardı. Amma xatırladı ki, Vasiliy Daniloviçe söz verib. Budaq-zad qocanın vecine deyildi, Mehemmed özünü canlı sürpriz yerinde gördü ve az qala qocanın fırıldağını üzüne vurub getmek istedi...
Tramvay yolunu keçende Vasiliy Daniloviç arxaya baxmadan tutduğu ovdan sevinirmiş kimi ucadan ve hevesle danışırdı:
- Marqarita Yevgeniyevnanın temkinli kişilerden xoşu gelir, cenab Mehemmed. Düzdü, men özüm her deyende hövsele yiyesi ola bilmirem; neynim, o menim eyiblerime dözmek zorundadı.
Qoca geri döndü, Mehemmedin qoluna girib, üreyini almaq behanesiynenmi, ya yersiz görüne bilecek erkini dolğunlaşdırmaqçünmü yolboyu Marqarita Yevgeniyevnanın iztirablarından danışdı:
- Volodya Sakit okeanda Rusiyanın denizaltı serhedlerini qoruyur; Marqarita Yevgeniyevna deyir ki, oğlumuz ona çekib. Demese de gözgöresi şeydi: bir ağıllı işden yapışıb, aile, valideyn qayğısını unutmur, çöreyi dizinin üstünde deyil. Qız soysolduran çıxdı; burdaca Neft Akademiyasından bir qara erebe qoşulub getdi, ereb de qucağına bir oğlan uşağı verib küçeye atdı. Aradabir yazırdı, indi hansı sehrada sülenir, bilinmir. Marqarita onu övladlıqdan çıxarıb...
Qoca özünü yamanlayırdı ki, qızın ona çekmesi barede xanımının danlağından ne etsin, bilmir, azadlıq vermişdi ona, baha başa geldi...

* * *
Menzil tavanı hündür olanlardanıydı, içerini xefifce saat tıqqıltıları bürümüşdü; saatlar girecekden görünmürdü; gerek içeri keçeydin. Sağa burulanda iri, parketli otağa girirdin - oranı büs-bütöv saatlı otağ adlandırmaq olardı. Tavan tündüydü, eslinde bütün divarı asma ve az qala döşemeni de ayaqaltılı saatlar tutmuşdu. Ve hamısı işleyirdi. Bu, ilkin teessüratıydı ki, hamısı işleyir; içerilerinde yatanı da ola bilerdi, ancaq Mehemmede ele geldi ki, geri qayıtsa, ya da qapını bağlayıb bir anlıq burdakı seslere özünü hazırlasa, yaxşı olardı. Mehemmed uzun koridorda saat görmedi, deyesen, o biri otağda da yoxuydu; ne varsa, bura yığılmışdı. Otaq böyük olsa da, saatları tutmurdu, tekce ortalıqda iki kresloluq yer qalmışdı ve divardan savayı, döşemeye düzülen saatların duruşu, bir-birinin dalından boylanmağı taxta başdaşlara oxşayırdı. Vasiliy Daniloviç Mehemmedi ortalıqda qoyub qarşıdakı ağ qapılı otağa girmişdi ve qayıdanda az qala barmaqlarının ucunda yeriyib ehmalca künce sığındı. Ellerini qoynuna sıxıb qımışırdı ve Mehemmede baxmadan üzünü yan tutub nese cavab gözleyirdi. Paltosuz cavan ve kübar görünürdü. Her şey öz yerinde, ele bil, bu taqq-çaqqların içinde, bir tenha, yarıqaranlığa bürünmüş saat orkestri dayanmadan, yorulmadan öz havasını çalırdı. Mehemmed qocaya gözucu baxdı ve nese soruşmaq istese de, dayanıb bir de qulaq verdi. Belede heç ne: irili-xırdalı saatların taqqıltısıydı, biri nazik, biri yoğun telleri olan sesler yığınıydı. Feqet bu, mükemmel bir çalğıydı ve her şey, her şey - bütün eşyalar, pencere önünde yellenen quru budaq da bu "orkestr"e qulaq vermekdeydi. Bayırda görünen lüt, iri ağaclar deyerdin küleynen yox, saatların çaldığı havaynan süzüb-yellenir. Vasiliy Daniloviç Mehemmedin donub qalmış cübbesini süzürdü. Deyesen, qoca ehtiraslara bir az da rövneq vermekçün otağın küncündeki entiq saatın gözlüyünü açdı, onu işe saldı. Ve yatmış saatın sedası "orkestr"in, bayaqdan çalınmağa başlanan simfoniyasına son tebil vurdu. Ve son akkordun coşqunluğundan hürkürmüş kimi sesini içine, demirine, simlerine sümürüb sonsuzluğa qeyb oldu. Daniliç Mehemmedi bu durumdaca qoyub şehadet barmağıynan ses çıxarmamağına işare etdi ve yeniden pencelerinin üstünde ustufca yan otağa keçdi. Bir az sonra geri qayıdıb eliynen Mehemmedi içeri çağırdı.
- Marqarita yatıb, - deye astaca Mehemmedin qulağına teref eyildi, - şükür, yata bilmirdi, onu oyada bilmerem, ayılıb meni yanında görmese eymener. Son günler lap uşaq kimi olub. Size yalvarıram, sabah şenbedi, gelin, men o saatlardan beyendiyinizi, - elini saatlara uzadıb, - size bağışlamaq qerarındayam. Onunla da, - arvadına işare edib, - tanış etmeliyem sizi, mütleq; yatırsa ehvalı düzelecek. İsteseniz saatlara baxın...
Mehemmed başını terpetdi, qoca da qaşlarının arasını ve sifetini anlayış elameti olaraq büzdü, barmağını qaldırıb semirsiz durmağını işare etdi. Marqarita Yevgeniyevna arxası qapıya teref, bir yanıüste üstüaçıqca yuxuya getmişdi. Menzil istiydi, arvadın eyninde yun xalat, toppa ayaqlarında qalın toxuma corablar vardı. Her ikisi sessizce ona baxırdılar ve her ikisi de qadının nefes alıb-almadığını duymaqçün gözlerini ona zillemişdiler. Vasiliy Daniloviç bir de arvadına yaxınlaşdı, qulağını onun küreyine söykeyib Mehemmede teref döndü, başıynan nefes aldığına işare verdi. Bu bir behane oldu: qoca ustufca çarpayıya yönleşib arvadını qucdu, boynunun arxasını ve küreyinin görünen yerini ustufca iynedi, saçlarına el deydi. Sol eliyle astaca arvadının çiynini tumarlayıb Mehemmedi tamam unutmuş kimi başını yastığa qoydu. Arvad heç qımzanmırdı, Mehemmed üşündü, tezce dönüb otaqdan çıxdı...

* * *
Saatlı otağa döndü. Sanki saatlar gedir, sense birden donub qalırsan: sayagelmez anların durmadan tezelendiyini, etrafdakı milyonlarla eşyaların ve insanların belece orkestr sedaları içinde qarıyıb tezeden anlara qovuşduğunu gözlerinle görür ve boşca hava bildiyin o xırdaca anların içinde özün de itib gedirsen... Bayaqdan o boyda bağda bir tumurcuq tapammadılar; budu ha, saatlı otağın penceresi önünde, heç adını da bilmediyi bir ağacın tumurcuqları az qala çiçek açacaqdı, emellice pırtlamışdılar. Pencerenin ağzına uzadılmış köhne saata el çekdi, eynen uşaq qebrine oxşatdı, qaldırsan, balaca başdaşını andırardı... Eqreblerinin arasına "Adler Gong" yazılmışdı. Gövdesi taxtadanıydı, belesini Mehemmed görmemişdi, taxtanın rengi tox benövşeyiydi. Tozunu silseydin, bir az da qızarardı, herçend içalatı tökülmüşdü... Dönüb bir de otağa baxdı, saatların arasında gezişdi. Ölü saat birceydi. Bayaqdan gah o, gah da bu biri eline ötürdüyü ağ qerenfilleri "Adler Gong"un üstüne qoydu...

* * *
Şenbe günü gele bilmedi. Bazar ertesi axşamüstü Mehemmed Daniliçin evine geldi; qiyamet sengimişdi. Qapı açığıydı, boylanıb içeri keçdi, "orkestr" dünenki kimi çalmağındaydı. Marqarita Yevgeniyevnanı o gün arxadan görse de, tanıdı: başını yun yaylıqla bürümüşdü. Saatlı otağın ortasında, kresloda oturmuşdu, üç qadın da yanlarını pencerenin ağzına söykeyib durmuşdular. Birisi yanlarıyla "Adler Gong"un üstüne yaymanıb onu görünmez etmişdi. Marqarita Yevgeniyevna ayağa durub tay vura-vura Mehemmede teref bir-iki addım atdı ve dayandı, kim olduğunu soruşacaqdı, Mehemmed sözünü kesdi:
- Vasiliy Daniloviç...
- Eyleşin, Siz onun dostlarındansız? Mehemmed adını demek istedi. Marqarita Yevgeniyevna üzünü çevirib taytağ vura-vura o biri otağa yöneldi ve ağ qapının astanasında dayanıb divara dayaqlandı, qadınlara teref Vasiliy Daniliçin qarasına deyindi:
- Saatlarını bütün aleme göstermişdi, zavallı...
Mehemmede:
- Size saat-zad söz vermeyib ki... Eslinde onları satmaq isteyirdi, bilmirdi adamlara nece desin... İsteseniz baxın, özü qiymet qoya bilmirdi... yasa pul gerekecek. Men bir qiymet qoyduraram... Yox, qoy Volodya gelsin, onun bele şeylerden başı çıxar...
Marqarita Yevgeniyevna saatların yanına qayıtdı:
- Telefon andır da işlemir, - dedi, - haçan kesdiler bunu, Volodyaya teleqram vurmuşduq, geler el-elbet. Vasiliy rehmetliye on kere demişdim, gedib keçirsin bu andırın pulunu...

aprel-noyabr 1996



Söyleyeceklerim var!

Bu yazıda yazanlara katılıyor musunuz? Eklemek istediğiniz bir şey var mı? Katılmadığınız, beğenmediğiniz ya da düzeltilmesi gerekiyor diye düşündüğünüz bilgiler mi içeriyor?

Yazıları yorumlayabilmek için üye olmalısınız. Neden mi? İnanıyoruz ki, yüreklerini ve düşüncelerini çekinmeden okurlarına açan yazarlarımız, yazıları hakkında fikir yürütenlerle istediklerinde diyaloğa geçebilmeliler.

Daha önceden kayıt olduysanız, burayı tıklayın.


 


İzEdebiyat yazarı olarak seçeceğiniz yazıları kendi kişisel kütüphanenizde sergileyebilirsiniz. Kendi kütüphanenizi oluşturmak için burayı tıklayın.

Yazarın anı kümesinde bulunan diğer yazıları...
Üreyinnen Tikan Çıxmayan

Yazarın öykü ana kümesinde bulunan diğer yazıları...
Ero - Gigiyenik
Yarıqaranlıq
Qırğız Gündeliyi
Rütubet Sevgileri
Pul Söhbeti
Ters Kimi
Denizden Gelen Eşq Geceleri
Birden Tek Qalmaq
Köhne Qebristanlıq Yerinde Demir Yarpaqlar
Arxaş


Meqsed NUR kimdir?

1968-de Azebaycanda doguldum. Proffesional qezetechiyim

Etkilendiği Yazarlar:
m.nur


yazardan son gelenler

yazarın kütüphaneleri



 

 

 




| Şiir | Öykü | Roman | Deneme | Eleştiri | İnceleme | Bilimsel | Yazarlar | Babıali Kütüphanesi | Yazar Kütüphaneleri | Yaratıcı Yazarlık

| Katılım | İletişim | Yasallık | Saklılık & Gizlilik | Yayın İlkeleri | İzEdebiyat? | SSS | Künye | Üye Girişi |

Custom & Premade Book Covers
Book Cover Zone
Premade Book Covers

İzEdebiyat bir İzlenim Yapım sitesidir. © İzlenim Yapım, 2018 | © Meqsed NUR, 2018
İzEdebiyat'da yayınlanan bütün yazılar, telif hakları yasalarınca korunmaktadır. Tümü yazarlarının ya da telif hakkı sahiplerinin izniyle sitemizde yer almaktadır. Yazarların ya da telif hakkı sahiplerinin izni olmaksızın sitede yer alan metinlerin -kısa alıntı ve tanıtımlar dışında- herhangi bir biçimde basılması/yayınlanması kesinlikle yasaktır.
Ayrıntılı bilgi icin Yasallık bölümüne bkz.