Qelbler Günah İlen Dolub.

Ey İlahi, bizlere bir ol günü gösterginen! / Ki, görek xalqın güzeranı rifah ilen dolub.

yazı resim

Biz günahkar bəndəyik, qəlblər günah ilən dolub,
O səbəbdən dilimiz nalə və ah ilən dolub.

Bu əməl dəftərin ağ təqdim edərkən bizlərə,
Öz əməlmiz qarədir dəftər siyah ilən dolub.

Dərdi axşam yatmaq ilən bir təhər yox eylərik,
Bir də gördün qalxmamış dərdlər sabah ilən dolub.

Millətin malın yeyir, heç doymağın mən görmədim,
Çün tamahkar bəndədir, nəfsi tamah ilən dolub.

Hər tinə çayxanələr,meyxanələr açdırmışıq,
Düşmənin „Topxanə“ si isə silah ilən dolub.

Torpaq əldən getməmiş çiynində ulduz az idi,
Torpağım əldən gedənnən çiyni mah ilən dolub.

Ey İlahi, bizlərə bir ol günü göstərginən!
Ki, görək xalqın güzəranı rifah ilən dolub.

Ey Həbibullah, çalış izhar elə Haqqın sözün,
Maşəallah hər qəzəlin bir izah ilən dolub.

25 Avqust 2003, Berlin.

Başa Dön