Yaxşıya hörmət etdik xəsis kimi,
İndi yaxşılar da olub pis kimi.
Bakıda bu dəyqə çox yer özəlləşib,
Bakı meri bu barədə əlləşib,
Düzdü Bakı şəhərmiz gözəlləşib,
Gözəllikdə olubdu Paris kimi.
Mənim sözüm yayınmayır hədəfdən,
Bişərəflər də danışır şərəfdən,
Şəhər gözəldir ama bir tərəfdən,
Millətimiz olubdu muflis kimi.
Çiçəklənən gülüm saralıb, solub,
Millətimin halı pərişan olub,
Səbr elədik səbir kasası dolub,
Bu işdə olduq mutəxəssis kimi.
Uşaglar öyrənir elm, hikməti,
Pul vermirsən məlim yazmir qiyməti,
Hədiyyə adıyla alır rusvəti,
Rüsvət dərsi kecmişik tədris kimi.
BMT bizi gətirib heyrətə,
Minsk qrupu gəlir bizim dövlətə,
Bulara qulağ asağ yoxsa ATET-ə?
Bayrağımız olub ingilis kimi.
Elə bilirlər sürücülər xəsisdi,
Daha demirlər güzəranlari pisdi,
Maşını saxlayırsan adi polisdi,
Lap adamla danışır rəis kimi.
Xalqa yalan ifadələr diyirlər,
Xaricilər vətəndə neyniyirlər?
Millətimin sərvətini yeyirlər,
Daraşıblar sərvətə həris kimi.
Çox söhbəti dərinə uzadırsan,
Hər bir yatan insanı oyadırsan,
Həbib yenə yazırsan, yaradırsan,
Sənətdə olmusan muhəndis kimi.