Kim ki, namizəddi seçkidən öncə saz danışır,
Eləki,seçildikdə görürsən ki,az danışır.
O özü danışdığda millət ona diqqət edir,
Nə zaman biz danışsaq edir etiraz danışır.
Atası oyunda uduzdu Qarabağımızı,
İndi də Qarabağdan oğlu qumarbaz danışır.
Hərbidə olmayan baş komandanlığdan danışır,
Daha anlamır hər danışdığın dayaz danışır.
On il ərzində ağ yalanla sürüb dövranını,
İndi guya ağ rəng dəyişibdir, bəyaz danışır.
Şeytanın haramını, layiqincə icra edib,
Məscid haqqında,din haqqında binamaz danışır.
Meşdibad öldü getdi hambalın "abası" qalıb,
Bir abasın verəcək Sərvəri-Gulnaz danışır.
Həbibi Müntəzirin Allahına ümüdü var,
Baxma ki, şeir, qəzəllərin də nasaz danışır.
13 Oktyabr 2003, Berlin.