biz hər şeyimizlə başqalaşanlarıq
biz keçmişimizlə öyünüb bu günümüzə biganə qalanlarıq
biz əlimizdəki nemətlərə şükr etməyənlərik
biz qatığa qara deyənləri təsdiqləyənlərik
biz dünyada ən çox torpaq peşkeş edənlərik
biz torpaq itirərkən kef çəkənlərik
biz mədəniyyətdən dəm vurub mədəniyyətsizləşənlərik
biz rus dilində danışıb öz dilini bilməməklə fəxr edənlərik
biz bizə düşmən olanı bütləşdirənlərik
biz haram yolla pul qazanmağı halal zəhmət bilənlərik
biz rüşvətə düşmən rüşvətxorlarıq
biz hüququ tapdanan, səsi oğurlanan ədalət carçısıyıq
biz döyülüb, söyülən, əzilən biçarələrik
biz danışmağı əməldən üstün sayan səfehlərik
biz Avropaya girmək istəyən avropalılarıq
biz azərbaycançılıqdan üz döndərən azərbaycanlılarıq
biz hər şeyi siyasiləşdirən anti-siyasətçilərik
biz Qarabağı verib, Bakıda torpaq davası edənlərik
biz dinə qarşı olan dindarlarıq
biz bilik xaricindəki gücün hesabına universitet qurtaran tüllablarıq
biz dilimizlə qan udduran zəyiflərik
biz ədəbiyyata könül verən ədəbsizlərik
biz Hipokrata and içən cəlladlarıq
biz incəsənətdə xadim olan qaba sənətkarlarıq
biz tarixi saxtalaşdıran taxtalarıq
biz Amerikanı dəstəkləyən müsəlmanlarıq
biz yerlibazlıq edən yersizlərik
biz Allahdan danışan satanistlərik
biz himnini bilməyən vətənpərvərlərik
biz pislərə rəhmət oxuyan lənətliklərik
biz Bakını gözəlləşdirən, "İçəri Şəhər" düşmənləriyik
biz idmançılarımızla fəxr edən məğlub ölkəyik
biz iqtisadiyyatı günü-gündən irəliləyən aclarıq
biz hər tin başı fontan qoydurub, vedrələrlə su daşıyanlarıq
biz xaricdə azərbaycanlıyam deməyə utananlarıq
biz Həccə gedən 70-il Allahsız olanlarıq
biz şəhidlərin ruhundan utanmayıb xiyabanda mazaqlaşanlarıq
biz qanunu qoruyan qanunsuzlarıq
biz qüdrətli ordusu olan sülhsevərlərik
biz müstəqil olan düşmən tapdağlı dövlətik
biz mədəniyyət işçisi olub televizorda dal göstərənlərik
biz hər ay şadlıq evi açdıran bədbinlərik
biz bir metrə qorpaq almayan bol generallılarıq
biz milli qəhrəmanı kalan Qarabağsızlarıq
biz bunları oxuyub "Biz Kimik?" deyənlərik
21 Avqust 2004, Berlin.