..E-posta: Şifre:
İzEdebiyat'a Üye Ol
Sıkça Sorulanlar
Şifrenizi mi unuttunuz?..
640K bellek herkese yetmelidir. -Bill Gates, 1981
şiir
öykü
roman
deneme
eleştiri
inceleme
bilimsel
yazarlar
Anasayfa
Son Eklenenler
Forumlar
Üyelik
Yazar Katılımı
Yazar Kütüphaneleri



Şu Anda Ne Yazıyorsunuz?
İnternet ve Yazarlık
Yazarlık Kaynakları
Yazma Süreci
İlk Roman
Kitap Yayınlatmak
Yeni Bir Dünya Düşlemek
Niçin Yazıyorum?
Yazarlar Hakkında Her Şey
Ben Bir Yazarım!
Şu An Ne Okuyorsunuz?
Tüm başlıklar  


 


 

 




Arama Motoru

İzEdebiyat > Öykü > Erotik > Meqsed NUR




17 Şubat 2004
Denizden Gelen Eşq Geceleri  
Meqsed NUR
silsile hekayeler


:BEDI:
Gömrük penceresinden liman görünür. Uzaqlardan üzüb gelen gemiler çekilib gedibler: sanki onlar heç vaxt bu limana yan almayıblar, uzaq sahillerden sement, yağışlardan qorunmaqçün tol, pambıq yağı, Novruzqabağı erik qurusu getirmeyibler... Denizin üzünü tutmuş neft qatına baş vuran qağayıların dimdiyi yağlanıb: sanki bu, onların paslanmamağına kömek üçündü...
m.nur

"... onlar günaha bülenmiş ailelerde dünyaya göz açmışdılar, özleri de bu fani dünyanın ölgün şehvetleri ve ehtirasları esirliyinde yaşayanlarıydı..."
Nidze
"Öldürülmüş isteklerin yeri boş qalmamalıdı"
Asif Ata

...Qadınlarçün ne dexli vardı, istisini bedeninde, içinde qoyub geden o kişinin, qarayola getsin, sonsuzluğunda itdiyi deniz okeana açılır, ya açılmır, bu denizin sahili var, ya yoxdu, bu kişilerin üzüb getmekde işi xeyirdi, ya şer... Onların gözünü qıran denizin üfüqlerdeki cansıxıcı ve ümidsiz sonsuzluğuydu...
Bir kişi lap söyüş söyür, qucağındakı qadını qoyub gede bilmediyine göre onu şilleleyir, lenetleyir, sonra da diz çöküb qadının el-ayağına sarmanır, geceni seherecen ağlamsınırdı... Lakin geceye, eşqe, söze ve saireye gerek başqa cür baxılaydı: "Eşq geceleri" evinin sahibesi bele düşünürdü. Gerek bu eve baş salan her kes günahların bağışlanmadığını ve her zadın ötergi olduğunu duya, dan yeri söküler-sökülmez "Eşq geceleri"nin külekler gezen eyvanına çıxan her kişi küreyinin arxasında ve qurşağında ilişib-qalan xatirelerine el yelledib qarşısında dalğalanan denizine qayıda... Gerek onlar Göy duyğuları ile yaşayarken qefil Yere çırpılmaqdan qorxmaya... Düş! Düş, bir az da, yene bir az da aşağı düş...
"Eşq geceleri"nin qadınları ne dilnen olur-olsun qucağının istisinde qızıxan kişini Yere salmağı ve onları soyuq denize qaytarmağı bacarmalıydılar. Denizden gelen her eşq gecesini belece yola vermeliydiler. Geceki günahlar dan yeri sökülende başqa cür görünür ve günahlardan baş götürüb qaçan kişiler gün çıxan denizin üfüqlerine teref üzdükce üzür, torpaqda qalan qadınlarsa qalan günahları bir de betnlerine sıxır, bir azca qoruyur, istisi çekilince tezeden geriye sıxıb denize tökürdüler. Onlar her seher sahibenin tekidiyle denizin küleklerine teref qaçır, yuyunub qayıdırdılar...
Qadınların derdi dözülmeziydi; gelen qonaqları ezizlemeli, şerab içirtmeli, özleri de içmeli, eşqde evezsiz oynaş olduqlarına inandırmalıydılar. "Eşq geceleri"nin sahibesi bu qaydanı pozanları bağışlamamışdı. Kişiler de herden bu istiliye duyğulanıb öz könlündekilerinin en dibini izhar edirdiler; o anda zavallılar günahsızlığın ve paklığın içinde çabalayırdılar...
"Eşq geceleri"nin sahibesi işretin dibine - dibinden de o yana can atan kişilere zülüm elememek telimatı verirdi, Yere çağırmağı ve Göylerin eslinde harda yerleşdiyini isnat vermeyi meslehet görürdü. Bezen o her kişinin Semanı bir başqa cür gördüyünden heyrete gelirdi. Göyleri heç bir qadın, o özü de bu qeder çeşnili göre bilmezdi!
Denizden gelen kişileri özünden çıxartmaq her adamın işi deyildi, burda birce kişi qadınlardan birine vurulub qala bilseydi, qınaqdan ve qübardan ölerdi. Denizden gelen kişiler geriye - denize dönmeye mehkumuydular. Ve onların oturaqlığı barede heç bir qadın ağlından heç ne keçirtmezdi...
Bura nem bir qum adasıydı, gelen ne vardısa - içki, geyim, yeyinti, qarğı, palçıq ve kişiler sahillerin bir parçasıydı, o da yar-yarımçıq ve ker-kesik bir parça ola. Burda kim qalardı; ne bir döl tutar, ne bir kol biterdi. Ara-sıra uçurumsuz qum yarğanları ve şor su gölmeçeleriydi; qadınlar denize yuyunmağa çıxanda qum adası boyu fır-fır fırlanırdılar, eteklerini bellerine atıb etrafı qaçırdılar. Kişilerden biri lağlağıynan danışırdı ki, deniz azca qalxan kimi bu ada itecek ve onların gemileri gelib burdan keçende yelkenlerini endirecek, hüznle suyun üstüne qurudulmuş çiçeklerden xatire çelengleri buraxıb gedecekler...
"Eşq geceleri"nin sahibesi burda qalmağa qerar vere bilecek o Kişini illerdi gözleyirdi: kimse sahibenin bu duyğuyla yaşadığını bilseydi, eti töküler, inanmazdı, hörmetden düşerdi. Buna göre o, özünü yaşamırdı: "Eşq geceleri"nin sahibesi denizden gelen bütün kişilerden elini üzmüşdü, hetta heç bir ümid, burda qalmağa her hansı bir gözlenilmez ve fövqelade cehd onu geldiyi neticeden yayındıra bilmezdi: indi onun işi eşq gecelerinden sonra qızların betnini qısır saxlaya bilmek ve öz içinde böyütdüyü ümidlerinin üstüne bir leke düşmeye qoymamağıydı...
* * *
"Eşq geceleri"nin sahibesi çox gizlice, qartımış ve şirin xeyallarla yaşayırdı. Onun nefsi çoxdan kişilerin qurşağında gezişmirdi; o çoxdan sahillerdeki heyatdan yadırğamışdı: qadınlar o biri otaqlarda qızğın eşq yaşayırken o, yatağına uzanır, dağda, ya bağda çiçek serirdi. Denizden Qalan Kişini de serdiyi çiçeklerin arasında xınalı çemen daşlarının birinin üstüne qoymuşdu. Evveller Denizden Qalan Kişi ele hey çiçek dermek hevesindeydi, daşın üstünde dinc durmurdu, elini qıraq-bucağa atıb çiçek dermeye cumurdu, sonra sahibe hemin kişini özünün yazdığı dualarıynan istediyi hala sala bildi ve indi de onu elleri gül-çiçeye uzanıqlı halda qurutmuşdu...
Belece, "Eşq geceleri"nin sahibesi gizlice qürurlanır, özüne ve qadınlarına bütün olanlarda haqq qazandırırdı: o özünü qadınlarıyla birge sonsuz bir çemenlikde görürdü: o hemişe çiçek qalacaqdı ve kişilerden heç biri onu dermeyin yolunu tapmayacaqdı. Ve qalan kişiler de yanındakı qadınları dermekden doymayacaqdılar. Ve hamısının bir gözü onda qalacaqdı... Ve "Eşq geceleri"nin sahibesi birce o Kişiye - dualarıyla quruda bilmediyi Böyük Kişiye göylerden enmek barede ders vermeyecekdi, onun erkesöyünlüyüne boyun eyecekdi, ona tekrar dua edecekdi...

Çiçektumanlı
1.
Üz-üze eyvanların arasında bir qovaq dururdu. O yerde ki, köhne ve bozumtul perdelerinin rengi solmuş, boyaları cadar-cadar olmuş eyvan dururdu, hemin yere qovağın xırım-xırda şivleri düşürdü... Ve şivler de hemin yerden azacıq yana çıxıb göye teref boy verirdi: onlar bir-birine yuxarı qalxmaq üçün yol gösterirdiler. Eslinde qovaq şivlerinin arasında qalan süzgecebenzer yerden eyvanda gezen kölgeleri, rengleri, baş veren ne varsa hamısını görmek olurdu...
O eyvan ölmüşdü, belke de can üsteydi...
2.
Tuman geldi. Bu, tekce tuman deyildi, qovağın aralarından baxançün bu, hardansa uzaqlardan qopan, çemenlerden, dağlardan, çiçeklerin içinden üzülüb qaçmış gezeyen çiçek destesiydi. Qurudulmuş destenin eteklerini etirli çiçekler yalamışdı...
Tuman hemin eyvana gelen günden herekete keçdi, işledi, gücledi. Çiçekler de onunla beraber yır-yığış eledi, silib-süpürdü, her yere süpürge çekdi, her yeri tumarladı...
Tumandan yuxarı çağdaş debde ve açıq yaşılı rengde qofta ve qumral saçlar, herden tumana düşen çalma gezişirdi...
Eyvanda her şey dirildi...
Elede qovağın arasından baxan anlaya bilmedi, o balkonda herlenen kölgenin, o tumanın adını ne qoysun. Ve heç sonralar da maraqlana bilmedi, üzbeüzdekiler haralıdı. Özüyçün uydurdu ki, onlar çemenlerin denize açıldığı düzenlerden gelib...
3.
Oğlan geldi...
Kendden gelmişdi, darıxırdı. Çiçektumanlı bacısıydı, bacının şeherdeki evinden qürur duyurdu. Heyetdeki adamlara baxırdı, qımışırdı - az qala kimise çağırıb demek isteyirdi ki, herden aşağıdan-yuxarı ona baxsınlar...
Neçe gün qaldısa, oğlan eyvana alt köynekde çıxmadı. Eslinde altköynekle eyvana çıxmamaq, hetta yaxasıaçıq da olsa gezmemeyi çiçektumanlının qardaşı getirdi: bundan evvel, çiçektumanlı eyvanda görünmemişden de ta evvel eri ve dostları geceleri eyvana çıxar, alt köynekde seherecen oturardılar. Bunun da bir lezzeti vardı, qıraqdan onların hereketine heç kes pis baxmırdı, qanmazlıq elemirdiler: nerd oynayar, uzağı musiqiye qulaq asardılar... Çiçektumanlı bir müddet eyvana çıxıb nese götürmek isteyende başını aşağı salıb tezce erinin yanından ötür, altköyneyinden eymenen teher görsenirdi. Ve gözleyirdi ki eri qanacaq...
Qardaşı gelib gedenden sonra çiçektumanlı açılışdı: eyvanda çay içdiler, çiçektumanlı arada erine iceşirdi de...
4.
Çiçekler de o vaxtdan geldi. Qardaşın ardınca eyvanda atılıb qalmış dibçekleri rengbereng güller bürüdü. Ve çiçektumanlı ara-sıra başını qaldırıb eyvandan azcıq qırağa - çiçeklere baxmağa başladı...

Azadlıq

Gözlerimi yumub gedirem...
Eslinde, demir qapım gumbultuyla döyülmeye başlayanda gözlerimi yumdum ve çıxıb sakitce getdim. Üreyimin gumbultusuyla yaxınlaşdım, isinişdim, sonra al diliynen onu boğmağa başladım; men ta heç ne görmesem de, üreyimin gumbultusu her şeyi görürdü, o menim elimnen pırtlayıb üze çıxmışdı...
İsti otaqdan çıxırıq, qandalın sesini eşitdim. Arxadakıların qarğışı, sudurqalı sesin çığırtısı qulağımı deşir ve gumbultuya qarışırdı. Bu sesi evveller bele eşitmezdim. Dalımca, meni ötürüb onun hayına qalacaqlar. Göm-göy göyerecek. Sakitleşecek. Sudurqanın rengi menim gumbultumun rengi kimidi, indi men de gözlerimi yumub bir iç boyda böyümeli ve dözümlü olmalı, qapalı ve üstüörtülü qaranlığımın ağuşuna sığınmalıyam. Men bilirdim, gelecekler... birce bu gumbultunu kese bilseydim...
Hele yol gedirik, çala-çökeye düşürük. Ne denizden gelesi külekler, ne insan henirtisi yoxdu. Şeherde vakuumdu: sanki hamı menim kimi henirtisini ve gumbultusunu içine salıb. Amma ele deyil, sadece üstünde getdiyimiz qazalağın uğultusu o seslerden güclüdü...
İsti. Komfort qoxusu. Sintetik mebel derilerinin, nöyütlenmiş parketin qoxusu burnumdadı. Soruşulanlara gözümü açmadan cavab verirem, özümü tülkülüye qoymamağa ve gözümü açmağa çağırırlar. Sonra yumruqlar gelir, men güclüyem. Sifetler, boz-çehrayı kovrolit görürem ve gözüm sadece meqamlarla açılıb bağlanır...
İndi yazılanlara da qol çekmeliyem. Yox, gumbultularım artır ve menden nese isteyirler, mence özleri yazmalı ve men qol çekmeliydim, indiki halımda men ne yaza bilerem ki. Gumbultum olmasaydı ve gözlerimi aça bilseydim öz cinayetlerim ve gumbultularım barede çox şeyler yaza bilerdim. İndi, gumbultularıma yalvarırdım ki, onlar görünsünler, onlara menim evezimden, ne isteyirler, yazmağa gömek elesinler ve bu iş birce tezleşsin. Yoox, meni stula sarıdılar ve seherecen orda yatmalı oldum...
Alagözlü kişini tanıyırdım, o mene yaxşılıqlar elemişdi, qabaqlar yanına çağırmışdı, men onun menevi keyfiyyetlerini evveller de deyerlendirirdim. Men onun insanlığını unutmağa başlamışdım, qapımı mütleq döydüreceyini bilirdim. Onun helim gözlerinde bir çekicilik ve öncegörmelik vardı. Deyirdin, ilan ağzını açıb ve kimse de barmağıynan onun ağzının içini gösterib yalvarırdı ki, menim bu deşiye girmeyim çox vacibdi. Ağlı olan atlanıb düşmez. Men eslinde onun dedikleriynen oturub-dururdum. Men ilanın ağzına doğru qaçırdım. Gözlerimde de az yoxmuş, o zamanlar ki bir-birimizin üzüne gülür ve axıracan müeyyenleşdire bilmediyimiz deyerlerimizden ilham alırdıq, menim gözlerimin de ona rahatlıq vermediyini bilmezdim. Sadece qorxum meni üzmüşdü... Ve ne yaxşı sübh tezden alagözlü en etibarlı adamlarıyla qayıdıb soyuqca, bir az da vicdanının ağrısından danışa-danışa, hetta meni terifleye-terifleye, gumbultularımın ebes olduğunu deye bildi. Özü nese yazdı-verdi, tezce de qol çekdim...
Menim qaldığım yerden deniz görünür. Amma men denizi görmürem, eşitmirem de. Denizse bizim hamımızı göre bilir: mence altdan-altdan bize teref sürünür de, qazıyır ayağımızın altını. Denizin qalxmağı siçanları da, nadzorları da yaman çaşdırıb. Gelmese yaxşıdı, men o denizden heç ne gözlemirem. Gözüm açıqdı, yarıqaranlıqdayam, gumbultu ötüb ve men rahatam... sudurqalı ses uzaqlarda qaldı. Uzun bir tuneli keçib tezeden yarıqaranlıqda qaldım. Nefeslik açıldı, el uzandı, mis qabın cod demir üstünde mene teref sürünmesini eşitdim. Ta gözlerimi açsam da, her şeyi sese beraber görürdüm: en yaxşısı ses ve qaranlığıydı...
Menim şeherim qıraqda utanır ve sebrle susurdu. O mene heç bir inam ve heç bir ümid yeri qoymaq, heç olmasa başımı yalandan da olsa aldatmaq istemirdi, o menimçün ne ana, ne bacı, ne qadın ola balmezdi, o menimçün ataydı, zehmli, susqun ve dözümlü ata.

Qoca eqoist

Derd orasındaydı ki, qocalmasaydı, cavan ölseydi, çırpıntıları, çaşqınlığı, intimliyi, her şeyde bir ağır felsefi yük görmeyi, deymedüşer olmağı, yovuşmazlığı ve çekdiyi derdin ağırlığından işleye bilmemeyi, bununçün de durduğu yerde özüyçün dalbadal çözülmez münasibet problemleri yaratmağı dağılar, yerinde onun tenhalığı, görünmeyen üfüqlerde heç kese zerre qeder ziyan getirmeyen özünüsevmekliyi qalardı. O özünü yox, duyğularını sevirdi, fehminin esiriydi, bütün etrafı yalnız buna göre ittiham edirdi, özünü ali insan saymasa da, ne vaxtsa, bu dünyada qaldıqca o yere gelib çıxacağından qorxurdu: qorxurdu ki, ona ali insan kimi yanaşacaqlar ve o öz tükenmiş qüvvesiynen onları - başına yığışıb onun duyğularına baş vurmaq isteyenleri milçek kimi dağıda bilmeyecekdi...
Belece, günlerin bir günü, hamını atıb anasının yanına qayıtdı, ata çoxdan dünyasını deyişmişdi, ana da ömrü boyu ona çekdirdiklerini unudub tezeden uşaq kimi onu böyütmeye hazırlaşırdı. Onu görende sayıqlamağa başlamışdı. O - qartımış eqoist bağ-bağçanı herlenir, başını itib getmekde olan anasının dizi üste qoymaq isteyir, denizle danışır, balıqqulağı yığır, qumun üstünde cürebecür resmler çekir, adlar yazırdı. Deniz, maşın ve foto ona evezsiz hemdemiydi. Her üçü heçzad istemirdi, yeri gelende onun iradesine tabeydiler. Her zamankı kimi o fotonu da qarşısında diz çökdüre bilmişdi, hetta sentimental deniz ve sedaqetli maşın foto barede onun fikrini deyişdire, yaxud kefini poza bilmezdi. İndi de, elindeki ağ-qara fotonun içinden baxdığı kimi dünyaya çepeki baxırdı. Burda onun özünü eqoistcesine ifadesinden başqa bir şey olmadığı görünürdü. Bu şekli cırıb atsaydı, öz sirlerinden can qurtarardı, neyçünse ata bilmirdi. Bir zamanlar özünü öldüreceyi barede beyanatlarında olduğu kimiydi: eslinde yaşamaq, fotonu cırmamaq isteyirdi...

1993-1995




Söyleyeceklerim var!

Bu yazıda yazanlara katılıyor musunuz? Eklemek istediğiniz bir şey var mı? Katılmadığınız, beğenmediğiniz ya da düzeltilmesi gerekiyor diye düşündüğünüz bilgiler mi içeriyor?

Yazıları yorumlayabilmek için üye olmalısınız. Neden mi? İnanıyoruz ki, yüreklerini ve düşüncelerini çekinmeden okurlarına açan yazarlarımız, yazıları hakkında fikir yürütenlerle istediklerinde diyaloğa geçebilmeliler.

Daha önceden kayıt olduysanız, burayı tıklayın.


 


İzEdebiyat yazarı olarak seçeceğiniz yazıları kendi kişisel kütüphanenizde sergileyebilirsiniz. Kendi kütüphanenizi oluşturmak için burayı tıklayın.

Yazarın erotik kümesinde bulunan diğer yazıları...
Ero - Gigiyenik
Pul Söhbeti
Birden Tek Qalmaq
Köhne Qebristanlıq Yerinde Demir Yarpaqlar
Arxaş
Kimyevi

Yazarın öykü ana kümesinde bulunan diğer yazıları...
Yarıqaranlıq
Qırğız Gündeliyi
Rütubet Sevgileri
Ters Kimi
Vasiliy Daniloviçin Orkestri
Üreyinnen Tikan Çıxmayan
Yağış Dölü
Blüz
Süret
Asılqan


Meqsed NUR kimdir?

1968-de Azebaycanda doguldum. Proffesional qezetechiyim

Etkilendiği Yazarlar:
m.nur


yazardan son gelenler

yazarın kütüphaneleri



 

 

 




| Şiir | Öykü | Roman | Deneme | Eleştiri | İnceleme | Bilimsel | Yazarlar | Babıali Kütüphanesi | Yazar Kütüphaneleri | Yaratıcı Yazarlık

| Katılım | İletişim | Yasallık | Saklılık & Gizlilik | Yayın İlkeleri | İzEdebiyat? | SSS | Künye | Üye Girişi |

Custom & Premade Book Covers
Book Cover Zone
Premade Book Covers

İzEdebiyat bir İzlenim Yapım sitesidir. © İzlenim Yapım, 2019 | © Meqsed NUR, 2019
İzEdebiyat'da yayınlanan bütün yazılar, telif hakları yasalarınca korunmaktadır. Tümü yazarlarının ya da telif hakkı sahiplerinin izniyle sitemizde yer almaktadır. Yazarların ya da telif hakkı sahiplerinin izni olmaksızın sitede yer alan metinlerin -kısa alıntı ve tanıtımlar dışında- herhangi bir biçimde basılması/yayınlanması kesinlikle yasaktır.
Ayrıntılı bilgi icin Yasallık bölümüne bkz.