Şahin bakışlı, ahu gözlü, şirin davranışlı ve tatlı sözlü idi. -Fuzuli, Leyla ve Mecnun |
|
||||||||||
|
Xeybər: Ay əleykəs salam. Şükr Allah, babatıq biz. Həbib: Uşağlar necədi, yaxşıdılar? Dərsə gedirlər? Xeybər: Rüşvət deyilən çirkab ilə tədris edirlər. Həbib: Arvad necədi? Uşağlara baxır? Dincəlir? Xeybər: Arvaddı da evdən səhər çıxır, axşam gəlir. Həbib: Bəs səndəki işlər necədi? Gedirmi, bari? Xeybər: İş yoxdur a qardaş, evdə tutmuşuq qərari. Həbib: Dövran dəyişibmi Bakıda? Söylə görək bir! Xeybər: Yox, yox əşi dəyişsin hakimiyyət gərək bir. Həbib: Bu millətimin halı nə cürdür? Elə izhar! Xeybər: Bu millətimin halı yamandır, açıq-aşkar. Həbib: Yaxşı de görüm Qarabağ haqda düşünən var? Xeybər: Yoxdur əşi ancaq onun üstə döyülən var. Həbib: Yaxşı olacaq səbr eləyin bir neçə ay da! Xeybər: Aylar yox e illər də ötüb olmadı fayda! Həbib: Bəs tazə gələn yaxşıdı da, həm də cavandır. Xeybər: Dərk eylə kimin oğludur! Onnan da yamandır! Həbib: Ehh.. Mən də dedim ki, gələrəm doğma məkanma. Xeybər: Hər kim ki, desə gəlginən, ay qardaş inanma. Həbib: Vallah nə bilim vətən üçün göynəyirəm mən. Xeybər: Amma rahat olmayan yeri nəynəyirəm mən? Həbib: Nəysə kədərləndim yenə mən, qalın səlamət. Xeybər: Sağ ol, salamat qalgınan, Allaha əmanət, Xeybər: Bir də ay Həbib bu "Zamanın Sahibi" gələcək, Xeybər: Ancaq o zaman işlərimiz hamsı düzələcək. Müəllif: İsimlərin şeirin hecasına aidiyyatı yoxdur. 24 Oktyabr 2003, Berlin.
İzEdebiyat yazarı olarak seçeceğiniz yazıları kendi kişisel kütüphanenizde sergileyebilirsiniz. Kendi kütüphanenizi oluşturmak için burayı tıklayın.
|
|
| Şiir | Öykü | Roman | Deneme | Eleştiri | İnceleme | Bilimsel | Yazarlar | Babıali Kütüphanesi | Yazar Kütüphaneleri | Yaratıcı Yazarlık | Katılım | İletişim | Yasallık | Saklılık & Gizlilik | Yayın İlkeleri | İzEdebiyat? | SSS | Künye | Üye Girişi | |
Book Cover Zone
Premade Book Covers
İzEdebiyat bir İzlenim Yapım sitesidir. © İzlenim
Yapım, 2025 | © Həbib Müntəzir, 2025
İzEdebiyat'da yayınlanan bütün yazılar, telif hakları yasalarınca korunmaktadır. Tümü yazarlarının ya da telif hakkı sahiplerinin izniyle sitemizde yer almaktadır. Yazarların ya da telif hakkı sahiplerinin izni olmaksızın sitede yer alan metinlerin -kısa alıntı ve tanıtımlar dışında- herhangi bir biçimde basılması/yayınlanması kesinlikle yasaktır. Ayrıntılı bilgi icin Yasallık bölümüne bkz. |