|
Anasayfa |
Son
Eklenenler |
Forumlar |
Üyelik |
Yazar
Katılımı |
Yazar Kütüphaneleri |
|
|
7 Mayıs 2004
İtirdiklerimiz (Behri - Tevil)
Həbib Müntəzir
Biri vardır, biri yoxdur, mini acdır, biri toxdur, bu elin derdleri çoxdur... |
|
Biri vardır, biri yoxdur, mini acdır, biri toxdur, bu elin dərdləri çoxdur, bu məkanda, bu cahanda, nə həqiqətdən əsər var, nə ədalətdən əsər var, nə şücaətdən əsər var, çoxalır get-gedə alçağlığı, yaltağlığı, axmağlığı, sarsağlığı icra elyənlər və onlardır yeriyənlər qabağa, gəl aşağa düşmədə əxlaq, ənənə-adətimiz, erməniyə nifrətimiz, insani şəxsiyyətimiz, mənəvi keyfiyyətimiz, hörmətimiz, izzətimiz var ilə dövlətlə hesablanmada, bu millətim aldanmada, avropanın eşqi ilə canlanmada dərk eyləməyir yanmada, tarixdə qazandığlarımızdan çox itirdiklərimizdir məni heyran eliyən, yer ilə yeksan eliyən, halımı pərişan eliyən, biz qazandıq "Azadlığ"ı, gəl itirdik Qarabağı o ocağı ki, Üzeyir ilə Bülbül və Natavanı, həmi Xanı yetirmiş, millətim çox şey itirmiş, biri də namusu-qeyrətdi və torpağa məhəbbətdi, həmi dini şəriətdi, hələ abrı-həyanı demirəm, dosta vəfanı demirəm, yox deyirəm çünki gərək, Haqqı millətə yetirək, səhvimizi dərk edərək, bunlardan ibrət götürək. Hələ biz çox şey itirdik, məsələn: Zəngəzuri, Göycə Mahalın və o Dərbəndi həmi Təbrizi, Ey xalqımın ən axmağı, ən əzizi! Gəl dinlə məni, biz bunlara layiqmiyik? Bizlər haqqa aşiqmiyik? Eşqimizə sadiqmiyik? Yox! Belə olduğundandır ki, bu bəlalar, bu cəfalar, bu gəda oğlu gədalar, bizlərə hakim olub, guya bunlar xadim olub, hamısı da zalim olub, xalq da ki, mülayim olub bunlara qarşı, o səbəbdən də çəkib həmmişə başı, nə zülmlər, nə ölümlər, gəl biz etmişik səbir ilə dözümlər. Qəlbimiz olub yaralı, nə rəhbər var nə ziyalı. Ey əhali! Həbibin vardı sizə bircə sualı: Yazılıb tarixə bildiklərimiz, görüb, eşitdiklərimiz, bəs eyləməzmi itirdiklərimiz..?
28 Dekabr 2003, İsveç.
Söyleyeceklerim var!
Bu yazıda yazanlara katılıyor musunuz? Eklemek istediğiniz bir şey var mı? Katılmadığınız, beğenmediğiniz ya da düzeltilmesi gerekiyor diye düşündüğünüz bilgiler mi içeriyor?
Yazıları
yorumlayabilmek için üye olmalısınız. Neden mi? İnanıyoruz
ki, yüreklerini ve düşüncelerini çekinmeden okurlarına açan yazarlarımız,
yazıları hakkında fikir yürütenlerle istediklerinde diyaloğa geçebilmeliler.
Daha önceden kayıt olduysanız, burayı tıklayın.
|
İzEdebiyat yazarı olarak seçeceğiniz yazıları kendi kişisel kütüphanenizde sergileyebilirsiniz. Kendi kütüphanenizi oluşturmak için burayı tıklayın.
|
|
|
1985 Noyabr ayı,
Bakı şeherinde dünyaya geldim,
Qanıma işleyib ana lay-layı,
Onun hesabına indi yükseldim.
Yasamal rayonu 20 nömreli,
Mektebi uğurla vurmuşam başa,
Qerb universitetinde getdim ireli,
İki il oxuyub düşdüm telaşa.
2000-ci ilin Yanvar ayinda,
Veteni mecburi terk etmeliydim,
Hemin ilin aprelinde-mayinda,
Berlin şeherine getmeli idim.
İndi de mülteci heyatı sürüb,
Veten hesretiyle alışıram men,
Heyatda her cüre haqsızliq görüb,
Şeire çevirmeye çalışıram men.
Etkilendiği Yazarlar:
Mirze Elekber Sabir, Hacı Baba Pünhan, Nizami Remzi, Meşedi Ebdül Feqir
|
|
bu
yazının yer aldığı
kütüphaneler |
|
|
|