İnsan melek olsaydı dünya cennet olurdu. -Tevfik Fikret |
|
||||||||||
|
Bəlkə təklifim xeyir verdi şanlı dövlətimə. Heydər Əliyev adının əbədiləşməsi üzrə, Dövlət komissiyası tədbiq olub bir sözlə. İndi isə təkliflər paketi hazırlanacaq, Kişinin adı hara layiq olsa adlanacaq Dinləyin mənim bir təklifim var komissiyaya, Deyirəm hamılıqla qoşulaq bu missiyaya! Təklifim onnan ibarətdi mənim gərək olsun, Azərbaycanın adı "Heydəristan" deyək olsun. Kişi gözü bağlı getdi o biri dunyaya, Bəlkə bu hərəkətlə layiq olaq əlaya. Çünki Azərbaycanı Heydər Əliyev yaradıb, Yeganə o illərlə yatan milləti oyadıb. Düzdür Qarabağı almadı amma neynəsin ee, Ölüm amansız oldu vaxt çatmadı eyləsine. Zato özünnən sonra dahi şəxsiyyət buraxıb, Misli görülməmiş politik əmanət buraxıb. Bakının da adını "Heydərabad" qoymalıyıq, Bununla düşmənlərin gözlərini oymalıyıq. Deyirəm ermənilərdəndə xahiş eyliyərik, Bir neçə təkliflərmizi onlara söyliyərik. Deyərik ki, Qarabağda bir küçənin adını, Həm də tətbiq etsinlər onun heykəlni zadını. Əks təqdirdə ordumuz Qarabağı alacaq, Erməni xalqı dünya miqyasinda alçalacaq. Məncə təkliflərə xalq hamılıqla dəstək olar, Hətta ermənilərdə bu əmələ istək olar. Müntəzir bu dünyada əbədi təkcə İlahidir, Yeganə O kainatda lider, həm də dahidir. 15 Mart 2004, İsveç.
İzEdebiyat yazarı olarak seçeceğiniz yazıları kendi kişisel kütüphanenizde sergileyebilirsiniz. Kendi kütüphanenizi oluşturmak için burayı tıklayın.
|
|
| Şiir | Öykü | Roman | Deneme | Eleştiri | İnceleme | Bilimsel | Yazarlar | Babıali Kütüphanesi | Yazar Kütüphaneleri | Yaratıcı Yazarlık | Katılım | İletişim | Yasallık | Saklılık & Gizlilik | Yayın İlkeleri | İzEdebiyat? | SSS | Künye | Üye Girişi | |
Book Cover Zone
Premade Book Covers
İzEdebiyat bir İzlenim Yapım sitesidir. © İzlenim
Yapım, 2024 | © Həbib Müntəzir, 2024
İzEdebiyat'da yayınlanan bütün yazılar, telif hakları yasalarınca korunmaktadır. Tümü yazarlarının ya da telif hakkı sahiplerinin izniyle sitemizde yer almaktadır. Yazarların ya da telif hakkı sahiplerinin izni olmaksızın sitede yer alan metinlerin -kısa alıntı ve tanıtımlar dışında- herhangi bir biçimde basılması/yayınlanması kesinlikle yasaktır. Ayrıntılı bilgi icin Yasallık bölümüne bkz. |