Hata! Klavye bağlı değil. Devam etmek için F11'e basın... |
|
||||||||||
|
KLASSİK ELMİN ÇEVRİLİŞİ. DÜNYA PROBLEMLƏRİNİN HƏLLİ – İNSANİ ERANIN BAŞLANĞICI Müəllifin klassifikasiyası üzrə Yer planetinin geoloqo-sosioloji tarixi üç eraya bölünür. Birinci – planetin, cansız məkanın yaradılması; İkinci – canlı aləmin, o cümlədən insanın yaradılması və Üçüncü – insaniyyət erası. Hesab edirəm ki, İkinci eranın axırı və Üçüncü eranın başlanmasının tarixi məqamı gəlib çatıb və hazırda bu keçidin elmi-nəzəri əsaslarının və praktiki icra vasitələrinin yaradılması tələb olunur. Köhnə – klassik elmdən prinsip, məqsəd və məzmunca tamamilə fərqlənən yeni, İNSANİ elm (elmlər) sahəsinin yaradılması problemi – MİSSİYASI bəşəriyyətin qeyrət elitası qarşısında qoyulmuşdur. Missiyanın icrasının 1-ci mərhələsi bu sətirlərin müəllifi tərəfindən əsasən icra olunub – ümumbəşəri elmi-tədris və tərbiyə – insaniyyət dərsliyi yazılıb, çap olunub; akademik elm səviyyəsində – Rusiya EA mötəbər Sibir Bölməsi və Azərbaycan MEA prezidiumları tərəfindən təsdiq olunub, Roma Papası şəxsində Vatikan tərəfindən bəyənilib, dövlətə təqdim edilir, 8 cilddə, 3500 səh. (plan – 4000 səh.) elektron variantında. Dərslik belə adlanılır: «DÜNYANIN TALEYİ. Müsəlman Şərqi tərəfindən tərtib edilmiş, Qərbin ali mənəviyyat zamini, Katolik kilsəsi tərəfindən qəbul olunan ümumbəşəri insaniyyət dərsliyi». Bu adda, bu məzmunda, həcmdə, səviyyədə, bu qədər vacib və bu məqsədlə əsər minilliklər ərzində heç kim tərəfindən heç yerdə yazılmamışdır. Bu, təsadüf deyil və ola bilməz. Görünür, ciddi qanuniyyət sayəsində təyin və idarə olunan zərurətdir. TALE – insan cəmiyyətinin taleyi – hər şeyin mənbəyi odur. Tarix, mədəniyyət, məkan – coğrafiya, təbabət, həyat, ilahiyyət, sosiologiya, vəziyyət, onların qanunauyğunluğu, elmi – İlahi təyinat əsasında əldə edilən yaxşı nəticələri və ya insani əməliyyat sayəsində baş verən pis sonluqları təyin eləyən amil – TALEdir. TALE başlanğıcdır, bir nöqtədən intişar edən şaxələrin – aspektlərin başlanğıcıdır. Aspektlər bunlardır: a) olub keçmiş dövran barədə xatirə – tarix; b) bu inkişafın gedişatı – həyat; c) həyatın daşıyıcısı olan bədən, onun normal vəziyyətinin saxlanması və müdafiəsi – təbabət (daha dəqiq – terapiya); ç) əxlaq, onun formalaşması və tənzimatı – etika; d) ilahi mənəviyyatın insani təminatı – iman; e) insanların, xalqların, dövlətlərin qarşılıqlı münasibətləri, münasibətlərin təminatı və idarə edilməsi – sosiologiya; f) məxluqatın özünün və ictimai həyatının tənzim edilməsi – varlıq qanunu. Bütün aspektlərin birgə işlənməsi, tənqidi dəyərləndirilməsi, uzlaşdırılması, nizamlanması qarşıya qoyulan məsələnin – MİSSİYANIN icrası, yeni, ümumdünya əxlaqının yaradılması və işləməsi üçün bazisdir. Missiyanın məğzinin, özülünün yaradılması, onun icrasının əsas, ən mürəkkəb və vacib mərhələsidir. Bu ağlasığmaz miqyasda və keyfiyyətdə iş, yeni elm sahələrinin yaradılması fövqəlinsan səviyyəli əməliyyatdır. Bu mərhələ, hər şeydən əvvəl, üç yeni elmin yaradılmasını tələb edirdi və üç, tamamilə yeni elmin əsası qoyuldu. HUMANİSTİKA – insani təfəkkür haqqında elm, GERONTOETİKA – gerontologiya (bioloji sahə) ilə etika (humanitar sahə) elmlərinin birləşməsi və BƏYTERAPİYA (dərmansız, ən effektiv üsullarla müalicə) elmi-tədris fənnləri yaradıldı. Bunlardan əlavə üç klassik «elm» kökündən dəyişdirildi, onlar subyektiv, yəni elmdən kənar haldan, obyektiv – elmi fənnlər halına gətirildi: klassik (siyasi) sosiologiya – ELMİ SOSİOLOGİYA ilə, müxtəlif dini teologiyalar – ümumi ELMİ TEOLOGİYAYA ilə, klassik ədəbiyyatşünaslıq – kompleks janrlı ədəbiyyatşünaslıqla (BƏYƏDƏBİYYATla) əvəz olundu. Bu azman əməliyyatın nə demək olduğunu adi düşüncə ilə təsəvvür etmək mümkün deyil. Bu işi bir neçə dünya akademiyası birlikdə görməli idi; görməyib, görə də bilməzdi. Bunu, bütün («humanitar» adlanan) elmlərin problemlərini və onların birgə məğzini, məhz bir şəxsin, həqiqi elm adamının təfəkkürü dərk edərək məsələni həll edə bilərdi. Bu, görünməmiş iş – DÜNYANIN TALEYİnin elmi təyinatı LAYİHƏSİnin yaradılması MİSSİYAsının icrasıdır. Əlavə işlər barədə kitabda deyilir [«Dünyanın taleyi», I, III, VII, VIII c. bax]. Cəmisi 23 il ərzində, tək bir nəfər, köməksiz və rəğbətsiz, hətta rəsmi cəmiyyətdən qeyri-rəsmi surətdə təcrid vəziyyətində, 70-92 yaş intervalında, ikinci qrup əlil tərəfindən, yeganə gəliri pensiya olması şəraitində bu işlərin görülməsi… Bu, kəmiyyətcə fantaziya, keyfiyyətcə möcüzə ola bilər. Ancaq, nə edəsən – hamısı sənədlidir və təsdiq olunub – möcüzə yoxdur. Nəticə nədir? Dünya ictimai elminin ən dəyərli, ümumbəşəri, yalnız sülh və həyat üçün, yəni yalnız xeyirə işləyəcək 15–20 dünyəvi kəşf, onlarla ixtira… Bu, adi, hətta böyük bir elmi nailiyyət deyil. Dahilik də deyil. Ümumiyyətlə insana, hətta ən dahi şəxsiyyətə müyəssər olan əhvalat deyil. Bu bir adamın imkanlarından o qədər artıqdır ki, mən bunu qeyri-adi bir vergi hesab edirəm: təbiətdən, dövrandan, tarixin məqamından. Və hansı kəşfləri? Hamıya lazım olan – heç kimə məlum olmayan, çox sadə və çox vacib kəşfləri! Fizikadan – təbabətə, ilahiyyətdən – kimyaya, terapiyadan – ədəbiyyatşünaslığa, kalorimetriyadan etikaya, gerontologiyadan – termodinamikaya qədər… Bunu bir şəxs edə bilərmi? Həm də sadəcə tədqiqat yox, hamısında kəşf, bu günün problem məsələlərinin həlli, əvvəlki vəziyyətdəkilərdən fərqli, üstün, effektiv. Baxın, hələ əvvəlki, öz ixtisasım, fiziki kimya və fizika sahəsində: 1. Daim artan tələbat üzrə – temperaturun ölçülməsi dəqiqliyinin artırılması - +0,0001 dərəcə [V Beynəlxalq Temperatura Simpoziumu, SSRİ-dən (bütün tarixdə) ilk və yeganə məruzə, Vaşinqton, 1971, çapı – Pittsburg, 1973]. 2. Bomba kalorimetriyası elm istiqamətinin kompleks yaradılması – apparatura, metodika, hesabat – ilk dəfə. Beynəlxalq monoqrafiyada çapı (Moskva). 3. Kimyanın yeni era maddələrinin, silikonların termokimyası [çapı: Amsterdam, London, dəvətlə(!), 1968; 1970]. 4. Atmosferə hissiyyatlı yeni, toksiki maddələrin, silisium-xlor üzvi birləşmələrinin rektifikasiyası – ultra təmizlənməsi [Bakı, Vaşinqton, 1970]. 5. Silisium-xlor üzvi birləşmələrinin manipulyasiyası [Berlin, 1968]. 6. Yüksək hissiyyatlı dinamik bomba kalorimetrinin kəşfi, qurulması [Bakı, Moskva, Nyu-York, 1969, 1970]. 7. Kalorimetrik bombada partlayışla silisium üzvi birləşmələrinin yandırılması [Baden, Avstriya, Konfransın əsərləri, 1973]. 8. Eksperimental termokimyaının ən yeni nailiyyətləri (müəllifin şəxsi rubrikası) əsərlər seriyası [Nyu-York–London, 1970, 1980…]. Bu istiqamətlərdə digər məruzələr, məqalələr çap edilmişdir [Moskva, Heydelberq, Monpelye, Varşava, Stokholm, Ann-Arbor (ABŞ), Mançester…], monoqrafiyalar nəşr etdirmişdir – Moskva, Nyu-York, Vaynhaym, Kembricdə. Elmi məqalələrin ümumi sayı 200-dən çoxdur; bütün irimiqyaslı işlər həmmüəllifsizdir. Sintetik vitaminlər sənayesi qurğularının hesablamaları üçün termodinamik parametrlərin təyinatı [Moskva], kosmik raket yanacaqları dozirovkası, kosmik raketin üst örtüyü üçün kompozisiyaların dəyərləndirilməsi, təyinatı [qapalı, müqavilə üzrə]. Bütün işlər müdiriyyətdən mümkün qədər gizlədilmişdir, çünki müdriyyət – Akademiyanın prezidenti, kəmsavad akademik Həsən Abdullayev əsəbiləşirdi – nə üçün onun familini əlavə etməmişəm… * * * 1990-cı ildə pensiyaya (məqsədlə!) çıxıb, humanitar elmlər sahəsinə keçdim. Bu dövrdə görülən işlər barədə. 1. Hər şeyin başlanğıcı – ALLAHIN VARLIĞInın birmənalı sübutu a) elmi-nəzəri, atom-molekulyar nəzəri fizika və molekulyar biologiya elmlərinin son nailiyyətləri əsasında, b) praktiki-təcrübi – ağrı və endogen nasazlıqların vacibliyi əsasında və onların istifadəsi ilə yeni, dərmansız, çox effektiv müalicə üsullarının kəşfi ilə. Heç olmasa bu barədə TV-də deməyə icazə verə idilər ki, zillət çəkən xəstələr xilas olunaydı. Birmənalı nəticə. Yaradıcı və İdarəedici Varlığın olmaması Kainatın mənşəini və varlığını mümkünsüz edərdi. Vahid, əbədi, hər şeyə qadir ALLAH VAR. Burada təəccüb və təəssüflə qeyd etmək lazım gəlir ki, özünü «allahsız» (ateist) adlandıran adamlar da olur. Bunun obyektiv əsası yoxdur, subyektiv səbəbləri var: kəmsavadlıq, yəni filosofluq, kəmvicdanlıq, yəni inqilabçılıq, zalımlıq, yəni diktatorluq. Düz adam və ya alim səviyyəsində bilik sahibi «allahsızam» deyə bilməz. 2. VARLIQ QANUNU. Müqəddəs Qurani-Kərimin üç – «Yasin», 36/36; «Loğman», 31/10; «Taha», 20/53 ayəsinə əsasən, bütün cansız və canlı məxluqatın mövcudiyyətinin yeganə, təbii-İlahi qanunun məğzi dərk edilmiş, ifadəsi tərtib edilmişdir: POLYAR MÜXTƏLİFLİKLƏRİN CÜTLƏRDƏ VARLIĞI – PARİTETİ. ПАРИТЕТ – ПА́РНОЕ СОСУЩЕСТВОВАНИЕ ПОЛЯРНЫХ РАЗНОСТЕЙ. PARITY – PAIR COEXISTANCE OF POLAR DİFFERENCES. PARİTӒT - KOEXISTENZ POLAREN VERSCHIEDENHEITEN İN PAAR. Varlıq qanununun əlavə təyinatları da kəşf edilib (dialektikada bu dəqiqləşdirmələr yoxdur), təqdim edilir – cütlüyü təşkil edən fərdlərin hərəsinin öz rolu, vəzifəsi, xüsusiyyəti var və bu xüsusiyyətlər də polyar müxtəlifdirlər (ətraflı bax: cild VII - Humanistika). Bəşəriyyət bu əsas qanunu bilməmiş, yaranışından indiyə qədər obyektiv İlahi qanun əsasında yox, subyektiv siyasi «qanunlar»ın hökmü ilə yaşamışdır. N.Makiavellinin siyasət barədə fəlsəfi fikirləri yanlış, hətta cinayət tərkiblidir; daha sonra Hegelin və Marksın dialektika adlandırdığı «qanun», həmçinin, qanunsuzluğu – mübarizəni «qanuni»ləşdirmiş, Allahın rədd etdiyi müharibəni «zəruri» elan etmişdir. Dialektikanın əsas qanunu – «Ziddiyyətlərin vəhdəti və mübarizəsi» hamını və hər şeyi ziddiyyətlərə, düşmənlərə ayırır və onların daimi mübarizəsini elan edir. Dialektika – həqiqətə bənzəyən yalandır, insanın əleyhinə, Allahın həyat qanununun əksinə – iblis qanunudur. Mən makiavellizmi, marksizmi, ümumiyyətlə fəlsəfəni, o cümlədən dialektikanı inkar edirəm, əlbəttə, obyektiv elmi sübutla. Onların əvəzinə Humanistika elmini, Varlıq qanununu təqdim edirəm (bax: VII, VIII cildlər). Bununla da ƏXLAQ dəyişir: şər – qanunsuzluq, xeyir – ümumi qanun statusunu alır, müharibə əvəzinə sülh, tarmar əvəzinə insani həyat təqdim və tədbiq olunur. Bu arzu edilən fantaziya deyil, elmi qanun əsasında işlənmiş real LAYİHƏdir. Bu reallıq Avropada təsdiq olunub – orada 70 ildir müharibə yoxdur. Tarixin ən böyük kəşfi – Humanistika elmi İlahi VARLIQ qanununa əsaslanır. Ümumiyyətlə klassik «humanitar elmlər sahəsi»nin obyektiv, yəni elm olmadığı sübut edilmiş və bütünlükdə bu sahənin, o cümlədən fəlsəfə «elmi»nin elmlər siyahısından çıxarılıb, hansısa bir hobbi statusuna keçirilməsi əsaslandırılmışdır. Subyektiv «Humanitar elmlər sahəsi» əvəzinə mən yeni, obyektiv «İnsani həyat elmləri sahəsi»ni təqdim edirəm. Fəlsəfənin bəşəriyyətə heç vaxt heç bir xeyiri olmayıb (məndən əvvəl bunu Frənsis Bəkon demişdir), ziyanları isə olub – çox… 3. Allahın Məhəmməd Peyğəmbər tərəfindən şərh edilən 99 adlarından biri – 47-cisi – «Əl-Həkim – hökm sahibi» adı əsasında, ağrıların lazım və vacib olma hikməti üzrə, təcrübi üsulla 20-yə qədər nasazlığın, ağrı xəbərdarlığı əsasında, müalicəsi – götürülməsi üsulları kəşf edilmişdir (Bax: «Dünyanın taleyi», cild V, «Bəyterapiya»). * * * Bəşəriyyət düşünməlidir: bütün bunlar bir adamın, məsələn, Saleh BƏYİN nailiyyəti ola bilərmi? Mənim fikrimcə – yox. Bunlar tarixin təyin olunmuş anında Allahın bəşəriyyətə göndərdiyi təlimatlardır, vəsaitdir, dağılmaqda olan insan cəmiyyətinin istifadəsi və xilası üçün Onun göndərdiyi ELMdir. Bu gündən dünyanın bütün akademiyaları bu elmlə məşğul olmalıdır və ümid edirəm ki, olacaqdır. Köhnə elmlər gedir arxivə. «Dünyanın düzəldilməsi» – «daimi» problemin həlli missiyasının 1-ci mərhələsi, əməliyyatın icrası elminin yaradılması artıq edilib, LAYİHƏ işlənib, yazılıb, nəşr edilib, təsdiq olunub – rusiya EA və Azərbaycan MEA tərəfindən, dəyərləndirilib – Roma Papası tərəfindən. İkinci mərhələ «Dünyanın taleyi» kitab-Layihəsinin dünya dillərinə tərcümə etdirilməsi və dünya ictimai-elmi cəmiyyətinə çatdırılmasıdır. Bu işin, hələ ki, Layihə müəllifi sağdır, edilməsi asan və effektiv olardı. Üçüncü mərhələ – Layihə-kitabın bütün ölkələrdə tədris prosesinə daxil edilməsi olacaqdır. İnsaniyyət tərbiyəsi bəşəriyyətin əsas vəzifəsi və işi olmalıdır. Beynəlxalq statuslu СО РАН – Rusiya Elmlər Akademiyasının Sibir Bölməsi «Dünyanın taleyi» 10-cildlik, 4000 səhifəlik bu əsərə verdiyi 64 səhifəlik kitabça-rəyində şərh edir: «Dünyanın taleyi» – tarixin dönüş kitabıdır…» Mənim təyinatım isə belədir: Dünya tarixinin ən böyük və vacib kəşfi – beynəlxalq sülh və əmin-amanlığın obyektiv, qanuni, real və sadə yolla təmin edilməsi elmləri kompleksi – yaradılmışdır. Bu, LAYİHƏdir. Tarixdə ilk dəfə. (Elm budur, “postmodern” və ya “Şah Abbas barədə məqalə” – yox). LAYİHƏnin icra edilməsi, yəni yazılı elmin praktiki əmələ çevrilməsi – dünya probleminin həllinin əsas mərhələsi hələ başlanmayıb. Bu işi Dövlət səviyyəsində – beynəlxalq xəbərdarlıq şəraitində, Dövlət başçısı edə bilər və etməlidir. Hər dövlət başçısı yox, elmi dərk edən, milli iradəsi və rəğbəti olan başçı etmək istəyər və edər. O şəxs tarixin ən müdrik dövlət başçısı adının sahibi olacaqdır – qırğınlı hərbi gücünə görə yox, xeyirli elmi müdrikliyinə görə. Və gələcək nəsllər, hamı onun ruhuna dua oxuyacaqdır. Bəs xalq? Xalq yalnız bunu bilməlidir ki, HUMANİSTİKA elmi onundur, onun xilası, gələcək səadəti üçündür dünyanın bütün xalqları ilə birlikdə. Müəllif nəyi vardısa hamısını qoyub “Dünyanın taleyi”nə. Bircə ümidi qalır – tarixin Böyük xeyriyyəçisini tapmaq, onunla birlikdə dünyanın Üçüncü – İnsani eraya qapısını açmaq. Qarabağlı Saleh Bəy,professor, elmi sosiologiyanın banisi.
İzEdebiyat yazarı olarak seçeceğiniz yazıları kendi kişisel kütüphanenizde sergileyebilirsiniz. Kendi kütüphanenizi oluşturmak için burayı tıklayın.
|
|
| Şiir | Öykü | Roman | Deneme | Eleştiri | İnceleme | Bilimsel | Yazarlar | Babıali Kütüphanesi | Yazar Kütüphaneleri | Yaratıcı Yazarlık | Katılım | İletişim | Yasallık | Saklılık & Gizlilik | Yayın İlkeleri | İzEdebiyat? | SSS | Künye | Üye Girişi | |
Book Cover Zone
Premade Book Covers
İzEdebiyat bir İzlenim Yapım sitesidir. © İzlenim
Yapım, 2024 | © Cahit KILIÇ, 2024
İzEdebiyat'da yayınlanan bütün yazılar, telif hakları yasalarınca korunmaktadır. Tümü yazarlarının ya da telif hakkı sahiplerinin izniyle sitemizde yer almaktadır. Yazarların ya da telif hakkı sahiplerinin izni olmaksızın sitede yer alan metinlerin -kısa alıntı ve tanıtımlar dışında- herhangi bir biçimde basılması/yayınlanması kesinlikle yasaktır. Ayrıntılı bilgi icin Yasallık bölümüne bkz. |