...Gilas ağacları,
Çarmıxa çəkilmiş gilas ağacları yuxularda-qolları Göyə doğru
Ayaqları Yerdən qophaqopda
Səs...
Səs...
Yarpaqsız budaqların əsintisi-etiraz...
Torpaq,
Bu nədir, Torpaq?
Necə yollayırsan bəndələrini azadlığa,
Bu nə ağlamaq?...
Qoy uçsun
Uçuşsun ağ çiçəklərin yuxuları gilas ağaclarının yuxusunun içindən...
Qoy qopsun,
Qopsun ağacların kökləri quyusunun içindən...
Tanrı...
Qadın gözlərinin aldanışına inanma sən,
Qadın qəlbinin inamı gələcək kölgələnmələr üçündür,
İnanma...
Çıx get
Get!
Get!
Get!
Yuxusunda ağacları uçan bağçalarda
Dayanma
Dayanma...