"Yazmak, aslında sadece okumayı geciktirmenin bir yoludur." - Umberto Eco (kurgusal)"

Allah Bu Gözəli Necə Yaratdın

GÖZƏL BİR QIZA YAZDIĞIM ŞEİR

yazı resim

Bir kəlmə söz desə ürək dayanar,
Allah bu gözəli necə yaratdın.
Toxunsa bir ömür ömrüm uzanar,
Allah bu gözəli necə yaratdın.

Təbibin müqəddəs nişanəsidir,
Dağların gurlayan şəlaləsidir,
Xəstənin dərmansız bir çarəsidir,
Allah bu gözəli necə yaratdın.

Sevgidən yoğrulub sanki mayası,
Təbii gözəldir yoxdur boyası,
Üzündən bilinir arı, həyası,
Allah bu gözəli necə yaratdın.

Dünyaya hava tək, su tək gərəkdir,
Göydən yerə enmiş nəcib mələkdir,
Qoxusu ətirli güldür, çiçəkdir,
Allah bu gözəli necə yaratdın.

Ay görsə günəşin üzünə baxmaz,
Ulduzlar səmaya bir daha çıxmaz,
Çaylar da quruyar dənizə axmaz,
Allah bu gözəli necə yaratdın.

Ox kimi düzülüb kipriyi, qaşı,
Səhv salar saçını ipəkdən naşı,
Gözləri gecənin əkiz sirdaşı,
Allah bu gözəli necə yaratdın.

KİTAP İZLERİ

Kaplanın Sırtında: İstibdat ve Hürriyet

Zülfü Livaneli

Kaplanın Gözünden İktidar: Livaneli’den II. Abdülhamid’e Cesur Bir Bakış Türk edebiyatının ve düşünce dünyasının usta kalemi Zülfü Livaneli, son romanı "Kaplanın Sırtında: İstibdat ve Hürriyet"
İncelemeyi Oku

Yorumlar

Başa Dön