Qalx Ayağa Vətən Oğlu!

Qalx ayağa vətən oğlu ( Kiçik Bəhri-Təvil )

yazı resim

Qalx ayağa vətən oğlu, oyan artıq bu qəflətdən, bu zülmətdən, əziyyətdən, zəlalətdən, cəhalətdən bu cür çirkli siyasətdən uzaq ol sən,sevinməsin yad və düşmən, on il dözdün dözənlər tək, əzilmədin əzənlər tək, ölüm gördün, zülm gördün, bezməlisən bezənlər tək, nəyə lazımdır zəlil ol? Qalx ayağa müstəqil ol! Azad eylə Qarabağı, dağıt erməni alçağı, qoruginan bu torpağı, yada salma ötən çağı, o çağlar ki, vətən üçün savaşanlar, dalaşanlar, vuruşanlar, döyüldülər, söyüldülər, əsgərliyə getməyənlər öyüldülər, çoxları unutuldular,o qəhrəman OMON-çular öldürülüb, tutuldular, o kəslər ki, vətən üçün erməninin qanın töküb, erməni OMON eşitsə ürəyinə qorxu çöküb, hər bir yerdə, hər bir anda ermənini yıgıb, söküb, O cür ogullar yenə var, bu dövranda, bu məkanda, bu doğma Azərbaycanda, bizə lazımdı bir rəhbər, ola Xətaiyə bənzər, onda olar vətənpərvər, vətən oğlu gedər əsgər. Amma oyanmayıb yatsan, sərf eləyər iqtidara, bizi salıbdir qubara, qoyacaq bizi qumara, düşmənə dost olubdur, bizlərə düşmən aşikara, Qalx ayağa! Qalx ayağa! Yatmagınan, batmagınan, at qırağa köhnə dəbi, budur zamanın tələbi, Həbib daim deyər doğru, Qalx ayağa vətən oğlu, Qalx ayağa vətən oğlu!!

18 Oktyabr 2003, Berlin.

Başa Dön