"Kelimelerin gücüyle dünyaları değiştirin."

Telefon Danışığı (Berlin - Bakı) .

Telefon Danışığı ( Berlin-Bakı ).

yazı resim

Həbib: Əvvəlcə salam əleykim ey dost. Necəsiz, siz?
Xeybər: Ay əleykəs salam. Şükr Allah, babatıq biz.
Həbib: Uşağlar necədi, yaxşıdılar? Dərsə gedirlər?
Xeybər: Rüşvət deyilən çirkab ilə tədris edirlər.
Həbib: Arvad necədi? Uşağlara baxır? Dincəlir?
Xeybər: Arvaddı da evdən səhər çıxır, axşam gəlir.
Həbib: Bəs səndəki işlər necədi? Gedirmi, bari?
Xeybər: İş yoxdur a qardaş, evdə tutmuşuq qərari.
Həbib: Dövran dəyişibmi Bakıda? Söylə görək bir!
Xeybər: Yox, yox əşi dəyişsin hakimiyyət gərək bir.
Həbib: Bu millətimin halı nə cürdür? Elə izhar!
Xeybər: Bu millətimin halı yamandır, açıq-aşkar.
Həbib: Yaxşı de görüm Qarabağ haqda düşünən var?
Xeybər: Yoxdur əşi ancaq onun üstə döyülən var.
Həbib: Yaxşı olacaq səbr eləyin bir neçə ay da!
Xeybər: Aylar yox e illər də ötüb olmadı fayda!
Həbib: Bəs tazə gələn yaxşıdı da, həm də cavandır.
Xeybər: Dərk eylə kimin oğludur! Onnan da yamandır!
Həbib: Ehh.. Mən də dedim ki, gələrəm doğma məkanma.
Xeybər: Hər kim ki, desə gəlginən, ay qardaş inanma.
Həbib: Vallah nə bilim vətən üçün göynəyirəm mən.
Xeybər: Amma rahat olmayan yeri nəynəyirəm mən?
Həbib: Nəysə kədərləndim yenə mən, qalın səlamət.
Xeybər: Sağ ol, salamat qalgınan, Allaha əmanət,
Xeybər: Bir də ay Həbib bu "Zamanın Sahibi" gələcək,
Xeybər: Ancaq o zaman işlərimiz hamsı düzələcək.

Müəllif: İsimlərin şeirin hecasına aidiyyatı yoxdur.

24 Oktyabr 2003, Berlin.

KİTAP İZLERİ

Öyle miymiş?

Şule Gürbüz

Şule Gürbüz’ün Zaman ve Anlam Arasındaki Yankısı Bir kitabı roman yapan nedir? Belirli bir olay örgüsü, gelişen karakterler, diyaloglar mı? Şule Gürbüz’ün “Öyle miymiş?” adlı
İncelemeyi Oku

Yorumlar

Başa Dön