"Sizin için dün, benim için yarındı. Ne fark eder ki, ikisi de geçecek." – Jorge Luis Borges"

Xalqı Candan Usandırdı.

Yatan xalqım oyanmazmı?

yazı resim


Xalqı candan usandırdı,
İqtidar heç usanmazmı?
Millətim öldü acından,
Vəkillər bunu qanmazmı?

Nazir soymağa tələsir,
Başları pambığla kəsir,
Qız gəlinlər düşüb əsir,
Vətən oğlu utanmazmı?

Gecə gündüz yeri səngər,
Qara cörək yeyir əsgər,
Vəkillər yesələr məgər,
Ürəkləri bulanmazmı?

Millət öz dinindən dönür,
Bu açıq-aşkar görünür,
Evlərdə işığlar sönür,
Kafe barlarda yanmazmı?

Qıyıbdır vətəndaşına,
Baxmır bacı-qardaşına,
Dubinka vurur başına,
Onu qardaşı sanmazmı?

Qurtardı şeytan oyunu,
Çatıbdır dünyanın sonu,
Bütün aləm gözlər Onu,
Buna insan inanmazmı?

Xalqı Allah da oyadır,
Rəsulullah da oyadır,
Həbibullah da oyadır,
Yatan xalqım oyanmazmı?

12 may 2000, Bakı.

KİTAP İZLERİ

Peri Gazozu

Ercan Kesal

Ercan Kesal’ın Hafıza Sandığından Sızanlar: "Peri Gazozu" Üzerine Bir Değerlendirme Ercan Kesal, Türkiye'nin sanat sahnesinde ender rastlanan, çok yönlü bir figür. Onu sinemadan bir oyuncu,
İncelemeyi Oku

Yorumlar

Başa Dön