"Kelimelerin gücüyle dünyaları değiştirin."

Ana Dilim.

Ana dilim.

yazı resim

Kim deyirsə çətindi, söylə ki, rahətdi dilim,
Dilimi sevməyənlər üçün əziyyətdi dilim.

Ana laylası məni meyl elətdirib dilimə,
İlk sözüm də ”Ana”dır gör necə şəfqətdi dilim.

Atalar sözləri tarixdi, qədimnən yazılıb,
Oxuyan görər nəsihətlidir, ibrətdi dilim.

Vətəni Fars-Ərəb istilası tutduğu üçün,
Həm fars, həm ərəb sözlərindən ibarətdi dilim.

Bu gözəl dillə dua eyləyirəm Allaha mən,
Onu zikr eyləmək üçün bir ibadətdi dilim.

Çalışaq əcnəbi dildən qoruyaq biz bu dili,
Bizə Atalardan qalıbdır əmanətdi dilim.

Çox şair eşqi Ana dildə tərənnüm eləyib,
Həmi sevdadır, həmi eşqi, məhəbbətdi dilim.

Həbib qəzəllərini doğma Ana dildə yazar,
Fikri çatdırmaq üçün ən gözəl alətdi dilim.

05 May 2004, Berlin.

KİTAP İZLERİ

Dokuzuncu Hariciye Koğuşu

Peyami Safa

Acının ve Istırabın Edebiyatı Peyami Safa'nın "Dokuzuncu Har-iciye Koğuşu", hastalığın pençesindeki insan ruhunun zamana meydan okuyan bir keşfi olmaya devam ediyor. Edebiyatın en temel işlevlerinden
İncelemeyi Oku

Yorumlar

Başa Dön