"Yine mi yılbaşı? Dünya dönebiliyorsa, biz de döneriz elbet. Ama lütfen, bu sefer kar küresi almayın." – Dorothy Parker"

Ne Olub Ki?

Bizler ki, varıq cin kimi oğlanlarıq her an, Birce Qarabağ işğal olub da ne olub ki?

yazı resim

Dövran dəyişib, emal olub da nə olub ki?
Ruzigarmiz pis ehval olub da nə olub ki?

Bizlər ki, varıq cin kimi oğlanlarıq hər an,
Bircə Qarabağ işğal olub da nə olub ki?

Xalqın ziyalısı olubdu zavallı məddah,
Guya bunlar ağsaqqal olub da nə olub ki?

Biz bir meşəyik aslanımız, şirimiz ölmüş,
İndi çoxusu çaqqal olub da nə olub ki?

Mən yaxşı olum özgələr ilə nə işim var?
Bizlər də bu cür amal olub da nə olub ki?

Xahiş elədim: „Vəkil kömək eylə!“ ağladı,
Daim əlində dəsmal olub da nə olub ki?

Nə olub ala müxalifət, nə şüvən salmısan,
Yəni bir az qalmaqal olub da nə olub ki?

Həbib nahaqq sözün yeri şərəfsiz həyatdir,
Haqq sözün yeri qandal olub da nə olub ki?

09 Noyabr 2003, İsveç.

KİTAP İZLERİ

Çalıkuşu

Reşat Nuri Güntekin

Bir Ulusun Doğuş Sancısında Bir 'Çalıkuşu'nun Kanat Çırpışları: Reşat Nuri Güntekin'in Ölümsüz Eseri Üzerine Türk edebiyatının temel taşlarından biri olan ve yayımlandığı günden bu yana
İncelemeyi Oku

Yorumlar

Başa Dön